"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır

27 Oktyabr 2023 - 10:50
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Daha doğru olardı ki, regiona sülh gətirəcək yeni bir Qars müqaviləsi imzalansın”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, ermənilər və onların Azərbaycandakı əlaltıları, o cümlədən Qərbdəki ermənipərəst dairələr belə bir görüntü yaratmaq istəyir ki, Ermənistan ədalətli sülh istəyir, amma Azərbaycan bundan qaçır. Bu barədə fikirlərinizi bilmək istərdik.

– Əvvala, onu qeyd etmək istəyirəm ki, məğlub tərəf kimi Ermənistanın vasitəçilərin kim olacağını və harada sülh sazişinin imzalanmasını müəyyən etmək cəhdi sinizmdir və qəbul oluna bilməz. Həmçinin dünya və regionun böyük gücləri də sülhdə maraqlı olmalıdır. Belə olmadıqca sülh mümkünsüz görünür. Biz, Ermənistanla yanaşı böyük gücləri də sülh sazişinin imzalanmasının onların maraqlarına cavab verdiyinə inandırmalıyıq, yaxud onları buna razı salmalıyıq. Türkiyənin bu istiqamətdə səylərini artırmasına böyük ehtiyac var. Ermənistan 35 il ərzində onun işğalçı siyasətini müdafiə etmiş Qərb ölkələrini vasitəçi kimi görmək istəyirsə, Azərbaycanın danışıqlarda Rusiya və Türkiyəni kənara qoyması ciddi səhv olardı. Daha doğru olardı ki, regiona sülh gətirəcək yeni bir Qars müqaviləsi imzalansın. Çünki bu iki ölkənin təminatı olmadan regionda davamlı sülhü təmin etmək çətin olardı. Bu günlərdə Gürcüstana səfəri zamanı Azərbaycan Respublikası Prezidenti bəyan etdi ki, heç bir vasitəçisiz biz Ermənistanla Gürcüstanda görüşüb sülh sazişini müzakirə edə bilərik. Amma Ermənistan heç bir reaksiya vermədi. Ona görə Ermənistanın sülh istəməsi barədə dedikləri sadəcə boşboğazlıqdır. Regiona sülh lazımdır. Amma Ermənistan ümid edir ki, Rusiya Ukraynada məğlub olacaq və Avropada formalaşacaq yeni geosiasi reallıqlar onlara istədiklərinə nail olmağa imkan verəcək. Onlar 44 günlük savaşdan sonra möcuzə gözləyirldilər, əks halda Azərbaycanın BMT Nizamnaməsinin əsas prinsiplərinə əsasalanan 5 bəndlik sülh təkliflərini qəbul edərdilər. Həmin vaxt Ermənistanın Qərbdəki himayədarları istəsəydi, bəlkə də sülh sazişi çoxdan imzalanmışdı.

– Nə hərb, nə sülh variantı bizi qane edirmi?

– Qətiyyən yox.Ermənistanın 1994-cü ildə Bişkekdə imazalanmış atəşkəs haqqında Protokoldan sonra maksimalist mövqe tutaraq Qarabağ ermənilərinə dünyada mövcud olan ən geniş muxtariyyat verilməsi şərti ilə sülh sazişi imzalamaqdan imtina etməsinin onlara necə baha başa gəlməsini gördük. Ona görə də Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır ki, tezliklə ədalətli sülh sazişi imzalansın.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN tərəfindən qanunsuz tikililər sökülüb – VİDEO

Next Post

İsrail ordusu Qəzzada yeni “nöqtə əməliyyatı” həyata keçirib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
İsrail ordusu Qəzzada yeni “nöqtə əməliyyatı” həyata keçirib

İsrail ordusu Qəzzada yeni “nöqtə əməliyyatı” həyata keçirib

Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.