"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan etibarlı əllərdədir”

19 Oktyabr 2014 - 09:47
in SİYASƏT
“Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən 41884b42550fe1fc1784309bd997e1b6qoruyuruq və qoruyacağıq”

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Azərbaycanda Müstəqillik Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr – müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox əzizdir”. APA-nın məlumatına görə, bu sözləri oktyabrın 18-də Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə  Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən dövlət başçısı  Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin tarixi hadisə olduğunu qeyd edib: “Çünki müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranırdı. Eyni zamanda, müstəqilliyimizin bərpası – Azərbaycan uzun fasilədən sonra yenidən müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu da çox mühüm tarixi hadisədir. Əminəm, Azərbaycan xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başlayıb. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur”.

 

Dövlət başçısının sözlərinə görə, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilməsi ilə bağlı qarşıya vəzifə qoyulub: “Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq”.

 

Prezident İlham Əliyev bunun sosial layihə olduğunu və bu layihələrin icrasına dövlət büdcəsindən böyük vəsait ayrıldığını qeyd edib: “Bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir. Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur. Goranboyda isə artıq bu işlər başa çatıb”.

 

 

Dövlət başçısı bu layihələrlə yanaşı, bütün ölkə üzrə digər sosial infrastruktur layihələrin icra edildiyini qeyd edərək, ötən gün Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışını vurğulayıb: “Əvvəllər dəfələrlə burada olarkən biz məcburi köçkünlər üçün evlərin açılışını qeyd etmişdik. Digər layihələr də icra edilir, iqtisadiyyat artır. Əlbəttə ki, güclü iqtisadiyyatımız olmasa, sosial layihələri icra etmək də mümkün olmayacaq. Niyyət ola bilər, ancaq imkan olmayacaq. Ona görə iqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik. Əminəm ki, növbəti illərdə bütün şəhər və rayonlarımızda işlər daha da sürətlə gedəcək. Çünki artıq çox möhkəm baza var. İnfrastruktur layihələrinin böyük əksəriyyəti icra edilir. Növbəti illərdə biz sənayenin, kənd təsərrüfatının inkişafı ilə daha çox məşğul olacağıq”.

 

“Bu il “Sənaye ili”dir. Əlbəttə, sənaye potensialımızın inkişafı işsizliyin də aşağı səviyyədə saxlanılmasına xidmət göstərəcək. Bu gün Azərbaycanda işsizlik çox aşağı səviyyədədir, ancaq ümumiyyətlə olmamalıdır. Azərbaycanda əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin yaradılması da buna uyğun şəkildə artmalıdır. Çünki biz ölkəmizin dayanıqlı inkişafını təmin edirik”, deyə ölkə başçısı qeyd edib.

 

Dövlət rəhbəri təbii resurslardan səmərəli şəkildə istifadə edildiyini və keçən ay “Cənub” qaz dəhlizinin təməlinin qoyulduğunu diqqətə çatdırıb: “Bu da bundan sonra onilliklər ərzində bizim üçün həm maliyyə-gəlir mənbəyi olacaq, eyni zamanda, bizim dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək. Kənd təsərrüfatı, regionların inkişafı, belə gözəl infrastruktur layihələrinin icrası bugünkü Azərbaycanın reallıqlarıdır. Bunu biz yaratmışıq, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına yaradıb, bunu bizim siyasətimiz mümkün edib. Çünki bu gün dünya miqyasında iqtisadi inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə yoxdur”.

 

“Hər tərəf od tutub yanır. Bizim ətrafımızda münaqişələr, qanlı toqquşmalar, müharibələr baş verir. Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu təmin edəcək. Bax, bugünkü layihə bunu bir daha göstərir”, deyə İlham Əliyev qeyd edib.

 

Dövlət başçısı bu layihənin məhz Müstəqillik Günündə açılışının rəmzi xarakter daşıdığını qeyd edib: “Çünki bir daha qeyd etmək istəyirəm ki, xalqımız üçün lazım olan bu layihələri məhz müstəqillik dövründə icra edirik. Bu gün bizim taleyimiz öz əlimizdədir. Azərbaycan inamla inkişaf edir. Azərbaycan etibarlı əllərdədir. Əminəm ki, biz bu gözəl dinamikanı gələcək illərdə də saxlayacağıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İpoteka kreditləri ləğv oluna bilər

Next Post

İŞİD-in neft mədənləri və zavodları bombalanır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İŞİD-in neft mədənləri və zavodları bombalanır

Ebola təhlükəsi ABŞ-ın Ohayo ştatında

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.