"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan fenomeni bir çox maliyyə institutlarını maraqlandırır”

28 Oktyabr 2014 - 20:14
in İQTİSADİYYAT

İnkişaf dinamikasına görə, Azərbaycan iqtisadiyyatı olduqca maraqlıdır və bir çox maliyyə institutlarının diqqət14145122533828955630_600x400 mərkəzindədir. Bu institutları Azərbaycan fenomeni, ölkə iqtisadiyyatının sabit inkişafı maraqlandırır.
AzərTAc xəbər verir ki, bunu Bakıda Xəzər Avropa Klubunun (Caspian European Club) təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Biznes forumda Azərbaycanda maliyyə-bank sektorunun sabit inkişafı, dünya bazarlarında əsas istiqamətlər və onların ölkənin bank sisteminə təsiri məsələləri müzakirə olunub.
Biznes-hakimiyyət dialoqunun təşkilinin zəruriliyini vurğulayan Mərkəzi Bankın sədri bildirib ki, bu cür görüşlər dövlət qurumları və özəl sektor arasında daha sıx əməkdaşlığın yaranmasına, nəticə etibarilə iqtisadi inkişafa yol açır. Azərbaycanda maliyyə-bank sisteminin inkişafından, bankların işindəki mövcud problemlərdən danışan Elman Rüstəmov maliyyə-bank sektorunda dövlət siyasətinin əsas məqamlarından bəhs edərək deyib: “Dövlət ölkədə tətbiq olunan iqtisadi strategiyanı, xüsusilə qeyri-neft sektorunu diqqətlə monitorinq edir. Məqsəd neft gəlirlərini iqtisadiyyatın qeyri-neft sahələrində ən effektli formada kapitallaşdırmaqdan ibarətdir”.
Biznes-forumda çıxış edən Klubun baş icraçı direktoru Telman Əliyev bildirib ki, Caspian European Clubun əsası Caspian Energy International Media Group və Xəzər – Qara dəniz regionlarında fəaliyyət göstərən bir sıra iri neft və qaz şirkətlərinin iştirakı ilə 2002-ci ilin iyun ayında qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev Caspian European Clubun sədridir.
İcraçı direktor qeyd edib ki, Caspian European Club yarandığı gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yatırılmasına vasitəçilik edir. Dünyanın 50 ölkəsini və 5 mindən artıq şirkət və təşkilatı öz sıralarında birləşdirən Klub dövlət qurumları ilə özəl sektor arasında dialoqun yaranması istiqamətində fəal iş aparır.
T. Əliyev gələn ay Tbilisidə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Xəzər Enerji Forumu barədə də məlumat verərək bildirilib ki, bu forumda neft-qaz sahəsinin inkişafı, enerji və ekologiya məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək.
Tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmova Caspian European Clubun fəxri üzv sertifikatı təqdim olundu. Eyni zamanda, Caspian European Cluba yenicə qoşulan şirkətlərə də sertifikat verildi.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Girov ingilis jurnalisti İŞİD-in müxbiri oldu… – VİDEO

Next Post

Yas biabırçılığı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Yas biabırçılığı

Rafiq Əliyevinin yeni kitabı çap olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.