Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan Türkiyə Silahlı Qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü keçirilib. |
Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.
Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, üç ölkə xalqının sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək.
İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpası, Türkiyədə və dünyada baş verən proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.
Sonda əməkdaşlıq üzrə birgə protokol imzalanıb.