Azərbaycanın FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun açıqlanıb.
Elchi.az xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupunun III turunda Almaniya – İngiltərə matçını idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qeyd edək ki, iyunun 28-də “Batumi Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçının baş hakimi olub.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




