"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan hakimiyyətinin Rusiya ilə təhlükəli oyunu

15 Sentyabr 2017 - 09:29
in KÖŞƏ YAZILARI, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bu gün Rusiya paytaxtında öz işinə başlayan “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransı sıradan bir tədbir kimi qiymətləndirmək yanlış olar. Konfransın əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edilməsi göstərilsə də, əslində Rusiyanın keçmiş sovet respublikalarına yönəlik siyasətinin mahiyyətini ifadə edir. Xüsusilə də konfransın təşkilatçısı olan “İzborskiy Klub”u ən qatı rus millətçilərindən ibarət olması və SSRİ-nin bərpası istiqamətində fəal təbliğat aparmaları diqqətdən qaçmamalıdır. Bu şəxslər Rusiyanın Azərbaycanı Avrasiya İttifaqında görmək niyyətini açıq ifadə edirlər.

Rusiya keçmiş sovet respublikalarının tam müstəqil xarici siyasət yürütməsini özünə ciddi təhlükə hesab edir. Onları yenidən tam öz nəzarətinə almaq istiqamətində çalışmalar da intensivləşib. Rusiya özünü böyük və güclü sivil dövlət kimi deyil, hələ də işğalçı dövlət kimi aparır. Xüsusilə də son illər Rusiya-Azərbaycan münasibətləri ikitərəfli əməkdaşlıq əsasında deyil, Rusiyanın maraqlarının təminatı üzərində inkişaf edir. Rusiyanın belə bir istəklərini haradasa anlamaq olar, çünki onun imperiya xisləti davam edir. Ancaq Azərbaycan hökumətinin Rusiya qarşısında belə davranmasının heç bir ağılabatan izahı ola bilməz. Konfransda çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayevin, “ümid edirik ki, Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq” tezisi ölkəmizin səlahiyyətli şəxslərinin dövlət maraqlarından xəbərsiz olmasını üzə çıxarır. Qarabağın həll istiqamətində ən böyük əngəl və təhlükəli təkliflərin müəllifi olan Rusiyanı hələ də xilaskar kimi görən səlahiyyətli şəxslərə nə ad verək?


Ölkəmizin tarixi haqqında ən elementar bilgisi olan, hətta ən savadsız insanlar da Rusiyanın bizə yaşatdıqları və bu gün də davam edən faciələrdən xəbərdardırlar. Bu barədə mübahisəlik heç nə olmadığı üçün geniş yazmağa da lüzum görmürəm. Elə tariximizdə Azərbaycanın ikiyə parçalanması, Xalq Cumhuriyyətinin süqutu, Dərbəndin, Borçalının, Zəngəzurun, Qarabağın aqibətinə nəzər salmaq kifayətdir. Ərazilərimizə erməniləri kütləvi köçürən, onların məskunlaşmasına şərait yaradan, əzəli torpaqlarımızda erməni dövləti yaratmaqla bizi əbədi bəlaya məhkum edən də Rusiyadır.

Ən kütləvi və amansız qətllərin ya birbaşa törədicisi, ya da arxasında dayanan onlar olub. Müasir tariximizdə onların “şah əsəri” olan Xocalı faciəsinin, 20 yanvarın yaraları hələ də qaysaqlamayıb. Bu günümüzdən geriyə boylansaq, tariximizin elə bir dönəmi yoxdur ki, ağır və sarsıdıcı faciələrimizdə, bəlalarımızda Rusiyanın rolu olmasın. 70 ildən çox davam edən sovet hakimiyyəti illərində on minlərlə seçilmiş soydaşımız represiya qurbanı oldu, təbii sərvətlərimiz talandı, özümüzdən başqa hər kəs ölkəmizdən yararlandı. Hətta, bir çox sahələrdə inkişafımız, heç bir təbii sərvəti olmayan Ermənistandan da geri qalırdı.
Xalqına zülm edən bütün rejimlərin son pənahı, son qalası hələ də Rusiyadır. Bütün sonluqların faciə ilə nəticələnməsinə baxmayaraq, heç kim olanlardan dərs çıxarmaq istəmir. Təəssüf ki, bu düşüncə sahibləri üçün Rusiyanın qəyyumluğu ilə ən repressiv üsullarla nə qədər mümkündür davam etmək, qərblə eyni dəyərləri yaşayıb demokratikləşmədən daha cazibəli və prespektivli görünür. Rusiya ilə müttəfiq olan bütün rejimlərdə dövlət maraqları hakimiyyət maraqlarının arxasında qalıb. Bu “təfəkkür” sahibləri hakimiyyətin dəyişməsindənsə, dövlətin dağılmasını və özlərinin də faciəli sonluqlarını seçirlər.

Rusiya ilə qonşu olmağa məhkum olsaq da, yaxın dost olmaq üçün heç bir səbəbimiz yoxdur. Rusiyanın böyük və güclü qonşu kimi bizə gerçək münasibətini bildiyimiz halda yenidən ona doğru açıq və gizli meyli anlamaq çox çətindir. Biz cəmiyyət olaraq Rusiya ilə münasibətlərimizə bu tarixi reallıqların işığında baxmalıyıq. Əks halda itkilərimizin və faciələrimizin sırası daha da genişlənəcək. Rusiya Azərbaycana yeni formatda sahib olmaq istəyindədir. Bəzi Azərbaycan nümayəndələrinin çıxışlarından görünür ki, bu barədə ciddi siyasi iradə ortaya qoyulub. Cəmiyyət olaraq bu istiqamətdə hər gün sistemli müzakirələr aparmalı və sadə insanları maarifləndirməliyik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft ucuzlaşdı

Next Post

Bu gün Azərbaycanda bilik günüdür

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bu gün Azərbaycanda bilik günüdür

Bu gün 35 dərəcə isti olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.