"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan interneti “azad olmayan” ölkələr sırasına daxil edilib”

19 Oktyabr 2022 - 14:00
in SOSİAL

“Freedom House “İnternet Azadlığı 2022” illik hesabatını açıqlayıb. Hesabata görə, Azərbaycanın internet azadlığına görə vəziyyəti ötən illə müqayisədə müsbətə doğru dəyişsə də yenə də interneti “Qeyri azad” ölkələr sırasına daxil edilib”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında qeyd edib:

“Maraqlıdır ki, Azərbaycan cəmi 1-2 bal artıq toplasa interneti daha yaxşı olan kateqoriyaya, “Qismən azad” ölkələr siyahısına düşə bilərdi.
Freedom House internet azadlığı reytinqini keyfiyyətli internetə əlçatanlıq və məhdudiyyətlərin olması, müstəqil tənzimləyici qurumun fəaliyyəti, internet trafikin, saytların və kontentin bloklanmasını, hüquqi bazanın mövcudluğu, internet istifadəçilərin hüquqlarının qorunması və izlənilməsi, internet resurslara kiber hücumlar və s. bu tip məsələləri dəyərləndirməklə müəyyən edir.
Dəyərləndirmə zamanı 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub.
Builki qiymətləndirmədə 10 bal “ən az azadlığı” olan ölkəni, 95 bal isə “ən çox azadlığı” olan ölkın göstərir.
Bu kriteriya ilə 10-39 bal arasında qiymət alan ölkələr interneti qeyri azad olan ölkələr, 40-70 arasında qiymət alan ölkələr qismən azad və 71-100 bal arasında qiymət alan ölkələr isə azad interneti olan ölkələr kateqoriyasına aid edilib.
Azərbaycan bu il Qazaxıstan, Rusiya və Belarusdan daha yüksək, 38 bal alıb. Ötən il Azərbaycan 35 bal toplamışdı.
Azərbaycanla bağlı hissələri oxudum. Xeyli mənbələrə istinadlar var. Hesabatda reallığı əks etdirənlər, həqiqətə uyğun olmayanlar və açıq-aşşkar ikili yanaşma tətbiq olunan hissələr də var.
Keçmiş sovetlər birliyindən yalnız Gürcüstan (78 bal) və Ermənistan (74 bal) interneti azad olan ölkələr siyahısına daxil ola bilib.
Ukrayna (59 bal) və Qırğızıstan (53 bal) interneti “Qismən azad” ölkələr sıyahısına daxil edilib
Qazaxısan (32 bal), Belarus (28 bal), Özbəkistan (27 ) və Rusiya (23 bal) ilə qeyri-azad interneti olan ölkələr sırasına daxil edilib.
Hesabata görə son bir ildə internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb. Rusiya internet azadlığını daha çox məhdudlaşdıran ölkə olub”.

O.Gündüzün sözlərinə görə, Azərbaycan əvvəlki illərdən fərqli olaraq daha çox bu il qəbul edilmiş media haqqında qanunun məhdudlaşdırıcı müddəlarına görə pislənib:

“Düşünürəm ki, Azərbaycan internetində müəyyən problemlər olsa da Freedom House təşkilatının bizi interneti “Azad olmayan” ölkələr sırasında daxil edilməsi, yumşaq desəm, ədalətli deyil.
Qurum Azərbaycanı “azad olmayan ” ölkə sırasına daxil edib, amma “Qismən azad” olan ölkələr sırasına baxanda görmək olar ki, ya açıq-aşkar Freedom House qərəzlidir, ya da metedologiyasında qüsurlar var.
Açıq-aşkar Azərbaycandan qat-qat pis vəziyyətdə olan, inkişaf etməyən, mühafizəkar internet mühiti olan ölkələr “Qismən azad” ölkələr sırasına daxil edilib.
Bu isə onu göstəri ki, son illərdə olduğu kimi, bu il də adı çəkilən qurum Azərbaycana qarşı ədalətli mövqe sərgiləmir, ikili yanaşmalara yol verir.
Bununla belə düşünürəm ki, Hesabatda Azərbaycan interneti ilə bağlı bir çox diqqət yetirməli , tənqidi məqamlar var ki, reallığı əks etdirir, onların araşdırılması və aradan qaldırılması vacibdir.
Fikrimcə səlahiyyəti qurumlarımızın Hesabatı incələməsi, qeyd olunan qüsurların təhlil edilməsi, qərəzli yanaşmalarla bağlı quruma müraciətlər edilməsi, əməkdaşlıq imkanlarının axtarılması daha doğru olardı”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan Hindistandan PUA və raket sistemi alır – Video

Next Post

İranın hərbi təlimləri zamanı qəza baş verdi: ölənlər var

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
İranın hərbi təlimləri zamanı qəza baş verdi: ölənlər var

İranın hərbi təlimləri zamanı qəza baş verdi: ölənlər var

Ukrayna Xersona hücuma keçdi

Ukrayna Xersona hücuma keçdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.