“Bizim İranla təxminən 800 km ə yaxın məsafəmiz var. İrandakı rejim ilə bağlı İran və Azərbaycan xalqı arasındakı münasibətlərin kəsilməsi mövqeyini ortaya qoyulmuşdur”- bu sözləri Elchi.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O, eyni zamanda qeyd edib:”Bunu tam şəkildə reallaşdırmamışıq, çünki biz İrandan bir sıra məqamlarla bağlı izahat tələb etmişik və onun cavabını gözləyirik. İranın bütün bu məqamlarla bağlı mövqeyin ortaya qoyulmaması, o cümlədən də artıq Azərbaycanlı deputata qarşı terrorun təşkil edilməsi və arxasında da yenə İranın gizlənməsi artıq bir sıra məqamların reallaşdırılması prossesini göz önünə gətirir. Həm də eyni zamanda onu da qeyd edim ki, Tehranda korpusumuza qarşı törədilmiş terror cinayətindən sonra İran tərəfindən gözlədiyimiz real və səmimi açıqlamanı görmədiksə, bundan sonra həmin cinayətin məişət zəmində baş vermiş bir cinayət və yaxud törədən şəxsin əqli zəifliyinin daşıyıcısı olması mövqeyini ortaya qoymaq, Azərbaycan üçün prinsipial olun laqeydliyi nümayiş etdirir”.
Havar Şəfiyeva






