"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan kəndlərinin qara statistikası

12 Dekabr 2014 - 15:40
in SOSİAL

3-5 adam yaşayan kəndlərimiz var

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

 1418382124_kendRegionlarda sosial-iqtisadi inkişaf proqramları çərçivəsində bir çox layihələr həyata keçirilsə də, sakinlər doğulub, böyüyüb boya-başa çatdığı kəndləri, rayonları tərk etməkdə davam edirlər. Dövlət Statistika Komitəsinin hesabatında əhalisi az olan kəndlərin adları açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndində cəmi 1 nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri İsmayıllı rayonunun Pirqəm kəndi-2 nəfər, Gərzə kəndi – 3 nəfər, Dahar kəndi – 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Neftçala rayonunun Qızqayıtdı kəndində – 3, Siyəzən rayonunun Əlməkolu kəndində – 4, Qax rayonunun Bağtala kəndində – 9, Yardımlı rayonunun Musa kəndində 8 nəfər yaşayır.
Komitənin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu daşısa da, heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit, Mazımqarışan, Bərdə rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Xaraxoba, Üryənoba, Xızı rayonunun Yuxarı Əngilan, Qars kəndində heç kim yaşamır. Quba rayonunun İbrahimhaput, Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca, Dağ Kolanı kəndində, Şamaxı rayonunun Yeni Qızmeydan, Zaqatala rayonunun isə Əzgili kəndi kənd statusu daşısa da, hazırda orda heç kim yaşamır. DSK-nın məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhərlərdə, 47 faizi isə kənd yerlərində yaşayır.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın bəhrə verdiyini deyir: “Son 6 ay ərzində qeyri-neft sektorunda 4.2 faiz artım mövcuddur. Bu 6 ay ərzində ölkənin emal sahəsində 3.6 milyardlıq məhsul istehsal edilib. Qida məhsulları istehsalı 2.4%, geyim istehsalı 30.9%, elektrik avadanlıqları istehsalı 3.2% artıb. Ümumiyyətlə cari ilin bu 6 ayı ərzində regionlarda bitkiçilik məhsullarının istehsalında 10.1%, heyvandarlıq məhsullarının istehsalı 3%, bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalında isə 5.8% artım müşahidə edilir”.

R.Atakişiyev istehsalat müəssisələrinə Gəncə alüminium istehsalı müəssisəsini, Ağdaşda meyvə və yem emalı zavodlarını, Naxçıvan MR-da ARPAÇAY-1, ARPAÇAY-2 su elektrik stansiyalarını misal çəkdi. “Bu dövr ərzində iqtisadi-sosial sahələrin inkişafı üçün ayrılan maliyyə mənbələri 7 milyard 625.9 milyon manat təşkil edir. Bu isə əvvəlki dövrlə müqayisədə 3.4% artımla investisiyanın yönəldilməsi deməkdir”. İB sədri ölkə əhalisinin gəlirinin ötən ilə nisbətən 4.7% artdığını, muzdla işləyən işçilərin orta aylıq əmək haqlarının 418.1 manat təşkil etdiyini bildirdi: “Regionlarda isə bu məbləğ 118-400 manat arasında dəyişir”.
Tərk edilməkdə olan kəndlərin həyat səviyyəsinə gəldikdə isə R.Atakişiyev bildirdi ki, ildən ilə müxtəlif növ dövlət inkişaf proqramları vasitəsilə bu halların qarşısı alınacaq: “2014-2018-ci il dövlət proqramında bütün regionlar, hətta ucqar kəndlərin inkişafı da bu proqrama daxildir. Təbii ki, bu proqram sonuncu deyil. Bitdikdən sonra digər proqramın icrası nəzərdə tutulur. Keyfiyyət dəyişikliyi də  baş verir. Misal üçün, 2004-2008-ci illəri əhatə edən proqram daha çox infrastrukturun bərpası, istehsalat müəssisələrinin açılması əsas hədəfdə idisə, hal-hazırda qaz, elektrik xətlərinin çəkilməsi öndədir”.
İB sədri həmçinin hazırda regionlarda ixrac potensialının artması, peşə təhsilinin artırılması, məhsuldar bitkilərin, heyvan növlərinin ölkəyə gətirilməsi kimi keyfiyyət dəyişikliklərinin olduğunu da qeyd etdi.

İqtisadçı ekspert Azər Mehtiyev də dövlət proqramları çərçivəsində regionlarda abadlaşdırma işlərinin aparıldığını, tikinti işlərinin həyata keçirildiyini qeyd etdi: “Lakin qüsurlu cəhəti ondan ibarətdir ki, proqramlarda konkret olaraq hədəflər qoyulmur. Bu proqramlar işlənilməzdən əvvəl, Azərbaycan regionlarının durumu, kəndlərdə olan problemlər nəzərə alınaraq konkret hədəfləri olmalıdır. Və onun icrasında hökumətin gözləntilərinin nədən ibarət olduğu, hansı mərhələlərlə həyata keçiriləcəyi aydın bilinməlidir. Bu cür ardıcıllığın olmaması sonda çoxsaylı vəsaitlərin xərclənməsinə gətirib çıxarır”. İqtisadçı ekspert nəticədə yalnız tikinti işlərinin aparılması, məktəblərin, xəstəxanaların inşası və s. kimi hesabatlardan ibarət olduğunu qeyd etdi.

“Ancaq bütün bu işlərin əhalinin həyat səviyyəsinə hansı təsir göstərdiyi, yeni iş yerlərinin nə qədər davamlı olmasını özündə əks etdirən hesabatlar olmur. Bəzən olur ki, bir proqram çərçivəsində yaradılmış və hesabata daxil edilmiş müəssisələr, digər proqramın icrası zamanı artıq fəaliyyətini dayandırmış olur. Bütün bunlar proqramda sistemlilik, məqsədyönlülük, hədəflənmə olmadığından daha çox fəaliyyətlərin həyata keçirilməsinə mane olur. Bu fəaliyyətlərin nəticəsi sonra həyat səviyyəsinin yüksəlməsinə imkan vermir”. Ekspert daha maraqlı bir məqama da toxundu. “Bundan başqa, məhz proqramda konkretliyin olmaması varislik sistemini də pozur. Misal üçün, hər hansı bir rayonda icra başçısı dəyişikliyi olanda əvvəlki icra hakimiyyətinin etdiyi bütün abadlıq işlərini yeni icra başçısı kökündən dəyişir və tamamilə yenidən qurur. Bu da təbii ki, dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir”.
Ekspertə görə, nə qədər ki, bu cür sistem şəraitində hədəflənmə olmayacaq, hakimiyyət qurumlarının məsuliyyətsizliyi olacaq, məqsədsiz şəkildə vəsait xərclənməsi əhalinin həyat səviyyəsinin artımına heç bir təsir göstərməyəcək. (bizimyol.info)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Atlant”dakı silahlı məmur oğlu kimdir… – (Sensasion video)

Next Post

Lənkəranda torpaq uğrunda can qoyanın torpağını alıblar

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Lənkəranda torpaq uğrunda can qoyanın torpağını alıblar

ABŞ-da hinduların narkotik satmasına icazə verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.