Azərbaycan kommunistləri Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu göndəriblər. Bu
barədə məlumat musavat.com-a Azərbaycan KP MK-nın mətbuat xidmətindən verilib.
barədə məlumat musavat.com-a Azərbaycan KP MK-nın mətbuat xidmətindən verilib.Təbrikdə deyilir:
“Ad gününüz münasibətilə Azərbaycan kommunistlərinin ən səmimi təbriklərini və ən xoş arzularını qəbul edin. Rusiya dövlət və demokratiya təsisatların, iqtisadi, sosial və humanitar sahələrin gələcək sosializmə doğru istiqamətləndirilməsində üstün cəhətlərin hiss olunması məhz Sizin müdrik rəhbərliyinizin uğurlu nəticəsidir. Ümid edirik ki, bu gün Rusiyada həyata keçirilən genişmiqyaslı proqram və layihələr həmin işıqlı gələcəyə hesablanmışdır.
Beynəlxalq imperializm tərəfindən SSRİ süquta uğrayandan sonrakı illərdə – məhz Sizin rəhbərliyiniz müddətində Azərbaycan – Rusiya kommunist təşkilatları arasında münasibətlər yüksək səviyyəyə çatmışdır. Onlar arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə, əməkdaşlıq və strateji tərəfdaşlığın hərtərəfli inkişafına Sizin töhfənizi xususilə qeyd edirik.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayırıq”.



