"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan-Litva hökumətlərarası komissiyasının iclası keçirildi

08 May 2023 - 20:49
in GÜNDƏM

Ceyhun Bayramov Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak edib.
Bu barədə Elchi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mayın 8-də Ceyhun Bayramov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik edib. Komissiyanın iclasına Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib.
İclasda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin, mütəmadi görüşlərin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.
Çıxışında nazir Ceyhun Bayramov post münaqişə dövründə münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən səylər barədə məlumat verib. Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib.
Çıxış zamanı həmçinin münaqişədən zərər çəkmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma fəaliyyətləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmini üçün əsas maneə olduğu vurğulanıb, mina təhdidi ilə mübarizədə Litva tərəfinin əməkdaşlığına ümidvarlıq ifadə olunub.
Çıxışda ticarət və investisiya, enerji təhlükəsizliyi və enerji keçidi, bağlantılar və informasiya texnologiyaları, aqrobiznes, təhsil və mədəni sahələrdə mübadilə də daxil olmaqla digər müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanların mövcudluğundan bəhs edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaranmaqda olan nəqliyyat qovşağı və Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün öz müsbət rolunu oynayacağına və regiondaxili ticarətə təkan verəcəyinə əminlik ifadə olunub.
Çıxışında nazir ölkəmizin Aİ ilə enerji dialoqundan söz açaraq yaşıl elektrik enerjisi şəbəkəsinin Aİ ilə enerji dialoqumuzun mühüm hissəsi olduğunu bildirib, bu istiqamətdə icra edilən layihələrdən bəhs edib. Azərbaycanda bərpa olunan enerjiyə keçid layihələrində Litva şirkətləri ilə əməkdaşlıq etmək üçün geniş imkanların olduğunu vurğulayıb.
İclasın sonunda bağlanış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Hökumətlərarası Komissiyanın iclasının iki ölkə üçün yol xəritəsinə rəhbərlik etmək və təkan vermək üçün müntəzəm institusional dialoq mexanizmi kimi əhəmiyyətini vurğulayıb, hər iki ölkədən olan maraqlı tərəflərin ikitərəfli marşrutun əlavə dəyərli sahələrində dialoqu və əlaqələri davam etdirəcəyinə əminlik ifadə edib.
Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşa “Xarıbülbül” festivalı ərəfəsində – Foto

Next Post

Həştərxanla Azərbaycan bu sahədə əməkdaşlıq edə bilər

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Həştərxanla Azərbaycan bu sahədə əməkdaşlıq edə bilər

Həştərxanla Azərbaycan bu sahədə əməkdaşlıq edə bilər

Misir və Hindistan Hərbi Hava Qüvvələri birgə hava təlimləri keçirir

Misir və Hindistan Hərbi Hava Qüvvələri birgə hava təlimləri keçirir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.