
Keçən il ölkədən 559 milyon 627 min ABŞ dolları dəyərində 621 min 28 ton meyvə-tərəvəz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Elchi.az-a bildirilib ki, bu göstərici 2017-ci ilin rəqəmləri ilə müqayisədə müvafiq olaraq 96,8 milyon dollar və 72 min ton çoxdur.
2018-ci ildə meyvə-tərəvəz ixracının ölkənin ümumi ixracındakı payı 2,88 faiz təşkil edib.




