Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Fransada təşkil olunacaq mundialda 4 idmançımız iştirak edəcək.
Monpelye şəhərindəki yarışda Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların fərdi mübarizəsinə qatılacaq. Buz üzərində rəqslərdə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti çıxış edəcək. Yığmamız yalnız idman cütlərinin yarışına qatılmayacaq.
Qeyd edək ki, çempionat martın 21-27-də keçiriləcək.






