"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan MN Türkiyəni təbrik etdi

29 Avqust 2022 - 12:41
in GÜNDƏM

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az təbrikin mətnini təqdim edir:

“Bu il avqustun 30-da Türkiyənin İstiqlal Savaşındakı əzm, qətiyyət, dözümlülük, şücaət, rəşadət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 100-cü ildönümünü qardaş Türkiyə və Azərbaycan xalqları hədsiz qürur hissi ilə təntənəli şəkildə qeyd edəcəklər.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də yüksələn xətt üzrə inkişaf etdirilməkdədir.

Danılmaz həqiqətdir ki, qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsinə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolları vardır.

Azərbaycanın etibarlı müttəfiqi olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsidir. Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələr hərbi sahədə mövcud əməkdaşlığın inkişafına yeni imkanlar açır. Hərbi əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir. Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir. Bu münasibətlərimizin bundan sonra da davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.

Vətən müharibəsi Azərbaycan-Türkiyə əlaqələrini daha da möhkəmləndirdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Azərbaycan xalqı küçələrə axışdı və böyük sevinc hissi ilə Azərbaycan və Türkiyə əsgərlərini salamladı. Bu tarixi gündə Azərbaycanın bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.

Hazırda Azərbaycan-Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykənir və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verməkdədir.

Eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcud olub və olacaqdır.
Bu əlaqələr getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaq.

1922-ci il avqustun 30-da milli azadlıq mücadiləsinə qalxan mətanətli Türkiyə ordusu böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün komandanlığı altında Qurtuluş Savaşının taleyini və Türkiyənin gələcək müqəddəratını həll edəcək zəfər qazanmışdır. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türk millətinin göstərdiyi şücaət Türk tarixinə qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır. Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət – Azərbaycan və Türkiyənin timsalında gerçəkliyə çevrilib.

Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi və şəxsi heyətini Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Temperatur 39 dərəcəyə yüksələcək

Next Post

Məşhur futbolçu evində döyüldü, qarət olundu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Məşhur futbolçu evində döyüldü, qarət olundu

Məşhur futbolçu evində döyüldü, qarət olundu

Heydərov generalın ölümü ilə bağlı başsağlığı verdi

Heydərov generalın ölümü ilə bağlı başsağlığı verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.