"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan müdafiə nazirini aldadıblar – Fotofakt

20 İyul 2014 - 00:52
in Kateqoriyasız

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Zakir Həsənovun açılışını etdiyi yaşayış binaları boşdurimg1606952 (1)

İyun ayının 23-ündə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbçilər üçün tikilmiş iki doqquzmərtəbəli binanın açılışında iştirak edib və bir qrup hərbçiyə verilən mənzillərin açarını təqdim edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin həmin vaxt verdiyi məlumata görə 1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli binalarda nazirliyin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunublar. Həmçinin o da deyilirdi ki, yaşayış binalarına su, elektrik xətti çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, mənzillər mətbəx və digər avadanlıqlarla, mebellerlə təmin olunub.
Bu günlərdə mənzil alan hərbçilərdən biri redaksiyamızla əlaqə yaradaraq mənzillərin verilməsinin və şəraitin heç də xəbərlərdə göstərildiyi kimi olmadığını deyib. Adının anonim qalmasını xahiş edən zabitin sözlərinə görə,   nazirin təqdim etdiyi və gəzdiyi mənzil sırf göstəriş üçün hazırlanıb, digər mənzillərdə həmin şərait olmayıb, mənzillərin heç birinə mətbəx avadanlıqları və mebellər qoyulmayıb.
“Binalar ictimaiyyətə təqdim olunduğu kimi yaşayış üçün hazır deyil, hətta evlərin çoxunda işıq, su, elektrik enerjisi yoxdur. Açılış olanda hardansa elektrik çəkdilər, sonra elektrik yoxa çıxdı. Hərbçilər orada yaşamaq üçün məcbur olub yarımçıq qalmış təmiri özləri başa çatdırırlar. Evlərə mebel qoymaq istəmirlər. Ən əsası bilinmir ki, mənzillər nə zaman yaşayış üçün hazır olacaq.”
Zabit onu da dedi ki, mənzil bölgüsü də düzgün aparılmayıb, illərdir orduda xidmət edən, zəhməti olan amma kirayələrdə yaşayan hərbçilərin xeylisi kənarda qalıb, bir neçə il müddətdən artıq hərbi xidmət etmiş şəxslərə evlər verilib.
“Elə zabitlər var ki, ailəlidir, kirayələrdə yaşayır, amma ona ev verilməyib. Biz belə olacağını düşünmürdük, orduda canını qoymuş adamlara qarşı bu rəftar ədalətsizlikdir.”
Hərbçinin müraciətindən sonra Səbail rayonunda yerləşən həmin binalara biz də baxmaq qərarına gəldik. Binaların içinə girə bilməsək də, nəinki yaxından, hətta xeyli uzaqdan onların hazır olmadığını və çox az sayda insanın yaşadığını anlamaq olardı. Keçən ay istifadə verilən həmin iki doqquzmərtəbənin isə müxtəlif  bloklarında yalnız birinci və ikinci mərtəbələrdəki bir neçə evin pəncərələrinə pərdə vurulmuşdu, qalanları tamamilə boş idi. Binaların həyətində isə kimsə gözə dəymirdi.
Yaxınlıqda yaşayan sakinlərdən birinin dediyinə görə bu binaları açılış başlayandan bu yana elə boş görüblər. Şahin adlı bir gənc deyir ki, hərdən darvazadan hərbi geyimli şəxslərin oturduğu maşınlar çıxır: “Bilirik ki, burada hərbçilər yaşayır, amma deyəsən onları ya köçürtməyiblər, ya da köçürdəcəklər. Ola bilsin evləri tam tikib qurtarmayıblar”-deyə o boş evləri göstərdi.
Belə görünür ki, “açılışı” baş tutmuş bu binalara hərbçilərin köçməsinə hələ xeyli var. Hər halda bir ay keçməsinə baxmayaraq hər iki binada barmaqla sayılacaq qədər az mənzildə yaşayışın olması belə düşünməyə əsas verir.
Araz
Tags: SOSİAL
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ordunun zabitləri qəzaya düşüb: biri ölüb, üçü ağır xəsarət alıb

Next Post

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

İki azərbaycanlı jurnalist Moskvada güllələndi, biri öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.