"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan muğamı ensiklopediyası” Moskvada

18 Aprel 2015 - 11:20
in MƏDƏNİYYƏT
4756793e2101b566d38e821bdb6c23fcP.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub. Kitabın redaksiya kollegiyasının sədri və baş redaktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Fonddan APA-ya verilən məlumata görə, təqdimat UNESCO nəzdində Beynəlxalq Musiqi üzrə Ənənəvi Şuranın (ICTM) iştirakı ilə təşkil edilmiş və Moskva Dövlət Konservatoriyasının 150 illiyinə həsr olunmuş “Dünya xalqlarının musiqisi: tədqiqat problemləri” VII Beynəlxalq elmi konfransı çərçivəsində keçirilib.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Azərbaycanın əməkdar incəsənət xadimi, ensiklopediyanın müəllifi və tərtibçisi Sürəyya Ağayeva bu mühüm layihəyə misilsiz yardıma və dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

S. Ağayeva nəşrin ümumi konsepsiyasından, onun strukturundan və buna qədər olan ensiklopediyalardan fərqi barədə danışıb. O, ilk dəfə dərc edilmiş və xüsusi dəyər kəsb edən materiallar üzərində ətraflı dayanıb, eyni zamanda vurğulayıb ki, ensiklopediyada Azərbaycan və xarici musiqişünasların bir neçə nəslinin üzərində işlədiyi məlum baza informasiyası toplanıb və sistemləşdirilib. Nəşrdə qədim not yazılarının, orta əsrlərə dair traktatlardan ayrı-ayrı musiqi parçalarının, qədim musiqi alətlərinin, arxiv fotoşəkillərinin və s. təsvirləri olan çoxsaylı illüstrasiyalar yer alıb.

Kembric Universitetinin (Böyük Britaniya) professoru Yurgen Elsner, ICTM-nin türk mədəniyyətləri musiqisinin öyrənilməsi üzrə tədqiqat qrupunun direktoru Raziyə Sultanova, ICTM-nin “Makam” tədqiqat qrupunun rəhbəri Aleksandr Cumayev (Özbəkistan), sənətşünaslıq doktoru Gültəkin Şamilli (Moskva), nəşrin redaktoru, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova dünya musiqi elmi üçün bu son dərəcə əhəmiyyətli nəşrin işıq üzü görməsi münasibətilə Sürəyya Ağayevanı təbrik edib və ensiklopediyanın rus dilində buraxılmasına görə ona təşəkkür ediblər. Bunun sayəsində dünyanın müxtəlif ölkələrinin rusdilli tədqiqatçıları da bu musiqi xəzinəsindəki biliklərdən istifadə edə biləcəklər. Ensiklopediyanı ingilis və ərəb dillərinə tərcümə etmək də tövsiyə olunub.

Alimlər qeyd ediblər ki, onlar Azərbaycanda muğam sənətində əsl dirçəliş hiss edirlər. Ümidvar olduqlarını bildiriblər ki, bu ensiklopediya mukam, makoma, raqi sənətinin inkişaf etdiyi ölkələr üçün gözəl örnək olacaq.

Sonda Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova çıxış edərək bildirib ki, Azərbaycan muğamının 2003-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra ölkəmizdə muğam sənətinin saxlanılması və inkişafı üzrə böyük işlər görülüb, Beynəlxalq Muğam Mərkəzi inşa edilib, müntəzəm beynəlxalq festivallar keçirilir, muğamla bağlı yeni materiallar çap olunur, köhnələri təkrar nəşr edilir və bir çox başqa işlər görülür. “Azərbaycan muğamı ensiklopediyası” bu işin mühüm tərkib hissəsidir və bütün layihənin elmi fikrini müvəffəqiyyətlə tamamlayır.

N. Axundova gözəl tərtibatda “Qarabağ xanəndələri” disk və materiallar nəşrini Moskva Konservatoriyasının kitabxanasına hədiyyə edib. Nəşr Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi sayəsində işıq üzü görüb.

Təqdimat mərasimi əməkdar artist Valeh Rəhimovun ifasında Azərbaycan muğamlarının səslənməsi ilə başa çatıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Obamadan Avropa İttifaqına çağırış

Next Post

Manat “dirilir”

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Manat "dirilir"

Ərdoğan Qazağıstanda "yandı" (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.