NATO-nun Cənubi Qafqazda əsas missiyası sabitliyin qorunmasıdır.
RİA Novosti xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri, zabit-əlaqələndiricisi Uilyam Laxyu deyib. Onun sözlərinə görə, Cənubi Qafqaz NATO üçün vacibdir:
“Azərbaycan, Ermənistan, Gürcüstan – NATO ilə milli maraqlara əsaslanan möhkəm əlaqələrə malikdir, lakin bu ölkələr münasibətlərin hansı səviyyədə olması barədə özləri qərar verir”.
O, əlavə edib ki, Region ölkələri NATO ilə münasibətlərinin səviyyəsini özləri müəyyən edir.




