09:17
Dünya bazarında neft ucuzlaşıb.
Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,35 dollar azalaraq 41,58 dollar təşkil edib.
İCE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,41 dollar azalaraq 43,88 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azəri layt” markalı xam neftin bir barrelinin qiyməti 1 dollar və yaxud 2,29% bahalaşaraq 44,58 dollara bərabər olub.




