Ötən həftə (24-28 yanvar) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,386 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,95 dollar və ya 1,04% çoxdur.
Həftə ərzində ən yüksək göstərici (V gün) – 94,66 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 89,1 dollar səviyyəsində olub.
Xatırladaq ki, 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib. Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) – 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.






