"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan ordusu İrəvana qədər gedər, əgər…”

16 Aprel 2016 - 08:34
in XƏBƏR LENTİ

Düşmən ölkədə anti-Rusiya meylləri artır; KTMT və Avrasiya İttifaqından çıxmaqla bağlı çağırışlar səslənir; Razi Nurullayev: “Sarkisyan Rusiyaya mesaj çatdırmaq istəyir ki…”
Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İttifaqından çıxmaqla bağlı çağırışlar səsləndirilir. Bu barədə sensasiyalı açıqlamalarla Ermənistanın “İrs” partiyasının sədr müavini Armen Martirosyan çıxış edib. O, qeyd edib ki, Ermənistan və Rusiya arasında onsuz da azad ticarət haqda müqavilə var.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Avrasiya İqtisadi İttifaqı Ermənistana nə üçün lazım idi – məlum deyil. Rusiya ilə 1995-ci ildən qüvvədə olan strateji müttəfiqliyimiz var. Bizə KTMT nə üçün lazım idi – bu da məlum deyil. Bu, Ermənistana heç nə vermir. Məntiqi olaraq, Ermənistan hər iki təşkilatı tərk etməlidir” – Martirosyan belə deyib.

Düşmən ölkədə bu cür fikirlər, xüsusilə, anti-Rusiya təbliğatı aprelin 2-5-i arası Azərbaycanla baş verən döyüşlərdən sonra daha da artıb. Belə fikirlərin də kökündə heç şübhəsiz ki, cəbhə xəttindəki acı məğlubiyyət dayanır. Rusiyanın nəzarəti altında olduğu heç kəsdə şübhə doğurmayan Avrasiya İttifaqından çıxmaqla bağlı Ermənistanda səslənən tələblər daha çox rezonans doğurub.

Bunun rus hakim dairələri tərəfindən birmənalı qarşılanmayacağı istisna olunmur. Gedən proseslər onu göstərir ki, Azərbaycanla baş verən 4 günlük savaşda məğlubiyyət ölkədə anti-Rusiya meyllərinin artmasına səbəb olub. Əksər ekspertlər son günlərdə Ermənistanda baş verənləri anti-Rusiya kampaniyasının tərkib hissəsi kimi qələmə verirlər.

Beynəlxalq əlaqələr üzrə ekspert Razi Nurullayev hesab edir ki, 4 günlük savaş Ermənistanın Rusiyadan gözləntilərinin təsəvvür etdiyimizdən daha çox olduğunu göstərdi: “4 günlük müharibədə Ermənistan gözləyirmiş ki, Rusiya bütün gücü ilə ona kömək etsin, Azərbaycana müharibə elan etmək üçün bəyanat versin, ölkəmizi hədələsin. Təbii ki, bu yolverilməz olardı – özü də Azərbaycanla müttəfiq olan, Minsk Qrupunun həmsədri olan bir ölkə tərəfindən. Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı deyil. Çünki bu münaqişədən tərəflərə qarşı təzyiq kimi istifadə edir. Düşünmürəm ki, hansısa bəyanatların verilməsindən asılı olmayaraq, Ermənistanın siyasi elitası KTMT-dən çıxsın. Rusiya buna göz yuma bilməz. Ermənistanda bu cür bəyanatların verilməsinə, anti-Rusiya təbliğatının artımasına səbəb bir növ Rusiyaya qarşı təzyiq məqsədi daşıyır. Hazırda Ermənistandakı anti-Rusiya meylləri Serj Sarkisyanın da maraqlarına cavab verir. Bununla Sarkisyan Rusiyaya öz mesajını çatdırmaq istəyir ki, hakimiyyətdə olmasam, başqası məni əvəzləsə, anti-Rusiya meylləri sənin maraqlarının üstündən xətt çəkə bilər. Hazırkı situasiya Sarkisyanın həm şəxsi, həm də hakimiyyət maraqlarına tam cavab verir. Amma düşünürəm ki, Rusiyanın köməyi olmadan Ermənistan yaşaya bilməz. Ermənistanın arxasından Rusiya çəkilsə, Azərbaycan ordusu İrəvana qədər gedər. Düşmən ölkə bunu anlamırsa, demək burunlarından uzağı görmür”.

Ekspert Ermənistanda Avrasiya İttifaqından çıxmaqla bağlı səslənən tələblərə də münasibət bildirdi: “Bunlar müəyyən kütlə, siyasi elita tərəfindən səsləndirilən tələblərdir. Amma ermənilərin əsas siyasi elitası bu fikirləri bölüşmür. Rusiya tərəfi bunu yaxşı bilir. Erməni hakimiyyəti tərəfindən bu cür tələblər səsləndirilsə, o zaman Rusiyanın qəti addımlar atacağı istisna olunmur – hakimiyyət dəyişikliyindən tutmuş, sanksiyalara qədər. Amma hazırda tələblər tələb şəklində də qalır. Zaman Azərbaycanın xeyrinə işləyir. Rusiya ilə Ermənistan arasında yaranan soyuq münasibətlər Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasına səbəb olacaq. 4 günlük savaşa qədər belə hesab olunurdu ki, zaman ermənilərin xeyrinə işləyir. Amma artıq beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı tələblər artıb, düşmən ölkənin dəstəkçiləri getdikcə azalmaqdadır. Azərbaycan-Türkiyə münasibətlərinin daha da istiləşməsi Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcək. Çünki söhbət artıq ilin sonuna qədər 5 rayonun qaytarılmasından gedir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Stadler” Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb

Next Post

Baş Prokurorluq Tofiq Yaqubluya xəbərdarlıq etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Baş Prokurorluq Tofiq Yaqubluya xəbərdarlıq etdi

ABŞ maliyyə naziri: Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.