Azərbaycan torpaqlarını bir ildir qaytarmasına baxmayaraq, uzun illər ərzində azərbaycanlıların yaşadığı psixoloji travmadan ayılmaq asan deyil. Azərbaycanlıların hirsini anlamaq olar. Onlar əslində ermənilərin etdiklərindən sonra hələ çox humanistdirlər.
Bu sözləri rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin direktoru Pavel Klaçkov deyib.
“Bütün bu hadisələrlə bağlı aydındır ki, azərbaycanlılar qürur, mənəvi yüksəliş hiss edirlər. Amma Azərbaycan bu bir neçə ildə özünü necə samballı, diqqətli, humanist aparıbsa, elə də davam etməlidir. Hisslərə qapanmağın vaxtı deyil, çünki regionda öz qaranlıq maraqları olan başqa qüvvələr də var. Hər an regionda aranı qatmaq istəyən güclər. Biz bu yaxınlarda İranın belə əsəbi qızışmasının şahidi olduq. Azərbaycan hazırda regionda böyük siyasətin bir sıra subyektlərinin maraqlarını nəzərə almalıdır. Hələlik Bakı bunun öhdəsindən gəlir”, – deyə o qeyd edib.






