Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Elchi.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.
Son çempion “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”la qarşılaşacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
On turdan sonra Ağdam klubu 20 xalla ikinci, Naxçıvan təmsilçisi isə 17 xalla dördüncüdür.
Komandalar indiyədək ölkə çempionatında beş dəfə qarşılaşıblar. Bunların üçündə “Qarabağ”, ikisində “Araz-Naxçıvan” qələbə qazanıb. Topların nisbəti də “köhlən atlar”ın xeyrinədir – 9:6.
Əvvəlki oyunların hamısında meydan sahibi olan komanda qalib gəlib. “Qarabağ” bütün matçlarda qol vurub.
Azərbaycan Premyer Liqası
XI tur
30 oktyabr (bazar ertəsi)
19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Qəbələ” ilə qolsuz, “Zirə” “Səbail”lə 2:2 hesablı heç-heçə edib, “Turan Tovuz” “Kəpəz”ə 4:0, “Sabah” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.






