"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan prezidenti: BMT qətnamələri münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir

01 Dekabr 2014 - 23:52
in SİYASƏT MANŞET
“Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?”Ilham Eliyev cixish 26092012

 

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

“Təəssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var  elə də qalmasını istəyirlər”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rossiya24″ kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

 

Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr olduğu ölkələrin prezidentləri dəfələrlə status-kovonun qəbul edilməz olduğunu bəyan ediblər: “Status-kovo dəyişilməlidir. Status-kvonun dəyişilməsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi deməkdir, hansı ki, bu, nizamlanma prosesinin əsas şərtidir”.

 

Azərbaycan prezidenti münaqişənin postsovet məkanında olan digər münaqişələrdən fərqli olduğunu söyləyib: “Bu fərq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnaməsi mövcuddur. Bir deyil, 4 qətnamə var. Hansı ki, bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və şərtsiz çıxmasının tələb edildiyi yazılıb. Lakin bu qətnamələrə 20 ildən çoxdur ki, əməl olunmur. Təəssüflər olsun ki, bu qətnamələrin həyata keçirilməsini təmin edən mexanizm də yoxdur. Ermənistan sadəcə olaraq bunu rədd edir. Bu qətnamələr münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir. Ona görə ki, başqa cür ola bilməz”.

 

 

İlham Əliyevi bu il danışıqlar prosesində keçən illərlə müqayisədə daha da intensivlik müşahidə olunduğunu söyləyib: “Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində aktiv iştirak ediblər. İndiyənə kimi heç vaxt belə olmamışdı. Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət elədi və bizimlə ikitərəfli və üçtərəfli müzakirə aparıldı. Münaqişənin nizamlanması ilə bağlı danışqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox hərbi texnika itirak edib. Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?”

 

Azərbaycan prezidenti beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Bu gün dünyada baş verənlər beynəlxalq institutların öhdələrinə düşən vəzifələri yerinə yetirməyi bacarmadıqlarını və onlara olan ümidləri doğrultmadıqlarını nümayiş etdirir. Bu bizimlə bağlı olan vəziyyətə də aiddir. 20 ildir ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Bundan başqa, məsələ BMT-nin kompitensiyasına aiddir. Prinsipcə, dünyada beynəlxalq institutların deformasiyası gedir. Bu çox təhlükəli və narahatedici vəziyyətdir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri bu barədə öz sözlərini aydın bildirməlidirlər. Özü də tək bəyanatlarla deyil, qəbul edilən qərarlara hörmət edərək də”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə və Rusiya Suriya məsələsində razılığa gələ bilmədi

Next Post

Bakıda tutulan “PKK”-çı: “PKK” partiyasına və onun liderinə xüsusi simpatiyam var”- Video

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Bakıda tutulan “PKK”-çı: “PKK” partiyasına və onun liderinə xüsusi simpatiyam var”- Video

Ronaldu elektriklə işləyən “Audi”də (FOTOLAR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.