"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Prezidenti Niderland parlamentinin qəbul etdiyi ədalətsiz qərara münasibət bildirib

18 Noyabr 2020 - 14:53
in MANŞET, SİYASƏT

“Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Niderlandın Azərbaycana yeni təyin olunan səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edərkən deyib.

“Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra – Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir. Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi. Mən təəssüf edirəm ki, söhbətimizə bununla başlamalı oldum. Bu, ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.

Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, tariximizdəki çox da xoşagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayacaq. Lakin əlbəttə ki, bu, sizin hökumətinizin və müvafiq olaraq davranacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq. Bir daha xoş gəlmisiniz”, – dövlət başçısı qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək

Next Post

Azərbaycanda son sutkada 2 239 nəfər COVID-a yoluxub, 25 nəfər vəfat edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Azərbaycanda son sutkada 2 239 nəfər COVID-a yoluxub, 25 nəfər vəfat edib

Azərbaycanda son sutkada 2 239 nəfər COVID-a yoluxub, 25 nəfər vəfat edib

“Paşinyan 5 min əsgərin başını yedi, azı 10 min yaralımız var” – Erməni deputat

“Paşinyan 5 min əsgərin başını yedi, azı 10 min yaralımız var” - Erməni deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.