"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan prezidenti “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib

17 Dekabr 2014 - 13:33
in İDMAN
Qarabağ_(Ağdam)-loqo“Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”

 

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

APA-nın xəbərinə görə, “Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir”, – deyən Prezident İlham Əliyev futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən prezident London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr göstərdiklərini vurğulayıb. Qeyd edib ki, öz növbəsində dövlət də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu – Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.

Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib “Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”, – deyən dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını vurğulayıb. Qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının “Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının diqqət və qayğısı onların gələcək işlərində mühüm stimul olacaq. Qurban Qurbanov komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə edib.

“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini deyib. Son hadisə ilə bağlı Avropa futbol ictimaiyyətində də  böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir Gözəl “Qarabağ” futbol klubuna, ümumilikdə ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlıq edib və dövlət başçısına klubun xatirə hədiyyələrini təqdim edib.

Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü deyib. “İdman indi dünyada ictimai fenomendir”, – deyən dövlət başçısı gələn il ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. 2020-ci ildə isə Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu deyən prezident İlham Əliyev bir daha komandanın üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İstiqlal.az saytı hakerlərin hədəfində

Next Post

Bazarlarda partlayıcı oyuncaqlar aşkarlandı

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Bazarlarda partlayıcı oyuncaqlar aşkarlandı

Ermənistanda boşalan kəndlər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.