"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan prezidentinin “Euronews”a müsahibəsi – FOTOLAR

02 Dekabr 2014 - 21:58
in GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiyaimg1693385 texnologiyaları sərgisi ilə tanış olub.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Dövlət başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verib:
 
– Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından Siz bu müqaviləni necə qiymətləndirirsiniz?
– Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı əməkdaşlıq mövcuddur.
– Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel” sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət olmalıdır?
– “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.
– Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm.
– Təşəkkür edirəm.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransa parlamenti Fələstin dövlətini tanıdı

Next Post

Emin Ağalarov Bakıda fanatları ilə bir arada – Fotolar

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Emin Ağalarov Bakıda fanatları ilə bir arada - Fotolar

Qız Qalasındakı intiharın günahkarı tapıldı...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.