"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan qadınları kimi gözəl ikinci “zərif millət” yoxdur”

08 Mart 2015 - 11:53
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Zahid Oruc qadınların günündən yazdı

Millət vəkili Zahid Oruc Azərbaycan xanımlarını dünyanın ən zərif milləti adlandırdı.
ANS PRESS deputatın “Qadınların günü” adlandırdığı məqaləsini təqdim edir:
“Təqvimlə idarə olunmağın əleyhinə olsam da, ilin cəmi bir gününü qadınların üzərində qurmağı səxavətlə qəbul edirəm. Məgər, həyat, canlı varlıq zərif məxluqların yaradıcı gücünün üstündə bərqərar olmayıb ki?!
8 marta ideoloji münasibət bəsləyənləri anlamaq olar. Klara Setkini sovetizmin simvolu kimi götürərkən bolşeviklərin xeyli üstünlüklər qazanacağı bəlliydi. Qadına kəniz və kölə kimi yanaşan, hər zaman fiziki və cismani istismarın aləti kimi onlardan faydalanan quruluşlardan fərqli olaraq leninçi-marksist təlimin məqsədləri tamam başqaydı. Kimin necə qiymətləndirməyindən asılı olmayaraq, kommunaçı hərəkat qadınları cəmiyyətin tam hüquqlu üzvünə çevirdi və “bərabərlik” şüarı gerçək məzmun aldı.
İndi qadınlar ictimai həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayır. Hətta bəzən əks prosesin getdiyini, matriarxal sistemə qayıdışa doğru addımların atıldığını iddia və bunu faktlarla sübut edənlər də var. Qoy olsun. Qadınların ədaləti kişilərin üsul-idaərisindən daha qüvvətlidir və kainat başlanğıcda məhz belə yaranmışdı. Sonra bütün müharibələri törədən kişilər qadınları ön cərgədən arxaya itələyib, guya bunu müqəddəs məqsəd naminə etdiklərini söyləyib mizan-tərəzini dəyişdilər. Xanımları qorumaq adıyla silahlanan kişilər min illərdi ki, savaşdan geri durmağı bacarmırlar.
Azərbaycan qadını tarixən şərəfli bir yol keçərək ictimai və sosial həyatın aparıcı üzvünə çevrilməyi haqq ediblər. Xanımlarımız müstəqillik illərinin bütün ağrılarını və məhrumiyyətlərini kişilərlə birgə çəkiblər və tam məsuliyyətlə demək olar ki, torpaqlarımızı müdafiəyə oğul və əsgər göndərməzdən qabaq qadınlarımız Vətənin keşiyini bilavasitə özləri də çəkməkdə tərəddüd göstəməyiblər. Ona görə də Azərbaycan kişisi qadınlara ədalətli sülhü və torpaq bütövlüyünə malik bir dövləti hələ də borclu qaldığını heç vaxt unutmamalıdılar. Biz qadınlarımıza Qarabağ adlı böyük bir əmanəti geri qaytarmağı bacarmalıyıq.
30 dan artıq ölkədə olmuş bir insan kimi tam məsuliyyətlə deyirəm ki, dünyada Azərbaycan qadınları kimi gözəl ikinci “zərif millət” yoxdur. Qafqazın bütün təbii iqlim üstünlükləri, genetik təmizlik və möhkəm ailə ənənələri belə bir quruluşu və əsrarəngiz cizgiləri xanımlarımıza bəxş edib. Qalır həmin fiziki-bioloji mükəmməlliyin içərisini intellekt, qabaqcıl dünyagörüş,savad və bacarıqla doldurmaq, həqiqi bilgilərlə cismini zənginləşdirmək. Axı hər bir millətin səviyyəsi qadınların durumu ilə müəyyənləşir. Qızlarımıza mətbəx oyuncaqlarından düzəltmək istədiyimiz gələcəyi bir kənara atsaq, erkən nikahlar ənənəsini durdursaq, qadınlar üzərində yarımdiktatorluq ərkanımıza “əlvida” deməyi bacarsaq, həqiqətən hamının xeyrinə olar.
Sevil öz çadrasından imtina edəndə nəhayət, azadlığa qovuşduğunu zənn edirdi. Lakin bizlər sevgimizin və ədəbi duyğularımızın əvəzolunmaz ünvanları kimi gördüyümüz xanımları buxovlamaq üçün çadradan və hicabdan daha qara vasitələr tapmaqda davam elədik. İndi də analarımızı, bacılarımızı, qız övladlarımızı nə qədər böyük duyğularla vəsf eləsək də, onların üzərində hökmranlığımızı göstərmək üçün bütün zorkalıqları etməyə hazırıq. Böyük Üzeyirin təbiri ilə desək,”tabe olmasa, kötəklərik”!
Ona görə də qadını savadlı və azad olan cəmiyyət modelinə doğru getməyi bacarmalıyıq. Əks halda Axundovun dərvişinə bel bağlayan və nişanlısı Şahbaz bəyi Avropadan-təhsildən və firəng qızlarından uzaq tutmaq üçün “Parisi partlatmaq”dan özgə çarəsi qalmayan mövhumatçı bəndələri qarşımızda görəcəyik.
Qadınları təbrik edərkən onlara sevgi mesajları və çiçəklər yollayarkən bunları unutmayın. Xanımlar güzgü kimidilər – onlara necə yanaşsan, həminki baxışları onqatı ilə geri qaytaracaqlar. Kirli və sınıq güzgülər deyil, təmiz aynalar hər kəsi özünə daha yaxşı göstərir, deyilmi?

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Google”un qadınlara sürprizi – FOTO

Next Post

Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partlatdı – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partlatdı - VİDEO

Hollandiyada türk ailəsinin üç üzvü öldürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.