
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Qara dəniz hövzəsində quru yüklərin daşınması ilə məşğul olan gəmilərin sayını 4-ə çatdırıb.
Virtualaz.org QSC-nin saytında yerləşdirilən xəbərə istinadən bildirir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik “Teymur Əhmədov” gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz – Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.
Xatırladaq ki, “Teymur Əhmədov” gəmisindən başqa, Qara dənizdə “Qaradağ”, “Natavan” və “Üzeyir Hacıbəyov” gəmiləri fəaliyyət göstərir.



