"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır” – Rusiyalı hərbi ekspert

27 İyun 2017 - 07:32
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“Rusiya Azərbaycana ilk növbədə kommersiya maraqlarından çıxış edərək silah satır. Azərbaycan silahların tam haqqını ödəyir, Rusiya da müvafiq surətdə onu alır. Ancaq Azərbaycanın siyasəti nöqteyi-nəzərincə, bu, müharibəyə hazırlıqıdır”.

 

Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı siyasi və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Xramçixin Rusiyadan Azərbaycana son partiya silahlar göndərilməsini 1 in.am portalına şərh edərkən deyib.

 

Onun sözlərinə görə, bu – Bakı ilə Moskva arasında bir neçə il öncə əldə olunmuş anlaşmaya uyğun surətdə reallaşan planlı bir göndəriş olub. “Mən təkrar edirəm, bu, tər-təmiz bir kommersiya sövdələşməsidir. Çünki neftin qiyməti yüksək olduğu dönəmdə Azərbaycan ən yeni hərbi texnikalar almağa hazır idi. Rusiya da bu silahlardan ona satıb. Vəssalam, tər-təmiz bir kommersiya”, – deyə Xramçixin erməni tərəfini sakitlıəşdirməyə çalışıb.

 

Rusiyalı analitik bunun ardınca erməniləri sakitləşdirməyə çalışmaqda davam edərək deyib: “Ermənistan isə Rusiyadan “İsgəndər” kompleksləri alıb. Bu – eksklüziv bir silah tədarüküdür. Çünki belə bir silah Rusiyadan və Ermənistandan savayı heç bir başqa ölkədə yoxdur. Özü də bildiyim qədər, Ermənistan bu sistemi tam qiymətinə almayıb. Rusiya hesab edir ki, Azərbaycanda istənilən nöqtəni vurmaq bacarığına malik “İsgəndər”lərlə Azərbaycana silah verilməsini tamamilə kompensasiya edib”.

 

Bununla belə, rusiyalı ekspert onu da etiraf edib ki, Rusiya silah-sursatı Azərbaycanın hərbi potensialının artmasına gətirib. “Əlbəttə ki, Rusiya siyasəti nöqteyi-nəzərincə, Moskva kompensasiyanı təmin edib. Lakin Azərbaycanın yanaşması axı, başqadır: Bakının nəzərincə, bu, təbii ki, müharibəyə hazırlıqdır. Azərbaycan Qarabağı qaytarmaq üçün yeganə olan müharibəyə hazırlaşır”, – o, qeyd edib.

 

Xatırladaq ki, iyunun 24-də Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan yeni növ silah-sursat alındığı haqda məlumat yayıb. Yayılan fotolardan göründüyü kimi, bu hərbi texnika arasında “Xrizantema C” tank əleyhinə raket sistemləri də var.

 

Bu texnikanın üstünlükləri haqda danışan rusiyalı ekspert deyib: “Xrizantema”, necə deyərlər, döyüş meydanı üçündür və bu silah Azərbaycana həmin o yeganə müharibənin gedişində gərək olacaq. Bu silah əlbəttə ki, Ermənistana qarşı tətbiq olunacaq. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibəyə hazırlaşır. Əlbəttə ki, nəzəri baxımdan heç nəyi istisna eləmək olmaz. Bununla belə, Azərbaycanın tək düşməni Ermənistandır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qoy məni Rusiyaya, İrana görə güllələsinlər, zəhərləsinlər, öldürsünlər…”

Next Post

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Bakıda 6 otaqlı ev yanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.