"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Azərbaycan qibtə edilən ölkəyə çevrilib` – Türkiyə səfiri

13 Yanvar 2017 - 15:47
in XƏBƏR LENTİ

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bəyanatda bildirilir ki, Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb:

“Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi, “bir ananın iki oğlu, bir ağacın iki qolu” olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 14 yanvar 1992-ci il tarixdə imzalandı və eyni gündə Türkiyənin Bakıdakı Baş konsulluğu səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik oldu. Türkiyədəki qardaşları üçün Azərbaycanın hər zaman xüsusi yeri olub, aramızda hörülən sədlər bu həqiqəti heç vaxt dəyişdirə bilməyib. Soyuq müharibə dövründə Türkiyə xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışıb. 1990-cı ildə Bakıda 20 Yanvar faciəsi və daha sonra Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilən zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olub”.

Səfir qeyd edib ki, “Azərbaycan hərtərəfli inkişaf və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb:

“Azərbaycan aradan keçən 25 il müddətində ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və iradəsi sayəsində regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji tərəfdaşımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları əlaqələrin bütün sahələrdə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki əlaqələr intensivliyini saxlayır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını birləşdirib regional və qlobal rifah və əmin-amanlığa xidmət edir. Bunun ən gözəl nümunəsi birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda, Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli əməkdaşlıq formatları bölgəmizin firavanlığı və sabitliyinə öz töhfəsini verir. Keçən 25 il ərzində birlikdə əldə etdiyimiz uğurlu nəticələr gələcəyə ümidlə nəzər salmağımızı təmin edir, birgə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyi bölüşərək əl-ələ verib gələcəyə doğru irəliləmək əcdadlarımız qarşısında borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Baş nazir Karapetyan: “SOCAR almaq istəyir, qoy alsın…”

Next Post

Azercell abunəçiləri arasında 2016-cı ildə müştəri məmnuniyyəti üzrə artım

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azercell abunəçiləri arasında 2016-cı ildə müştəri məmnuniyyəti üzrə artım

Xarici KİV erməni vəhşiliyindən yazdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.