"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrlərinin görüşü keçirilib

17 Fevral 2022 - 15:53
in SİYASƏT

Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib. Nazirlər Kabinetindən Elchi.az-a verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Göruş zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, qarşılıqlı sərmayə qoyuluşu, sənaye, nəqliyyat-logistika, gömrük-sərhəd, neft-qaz, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və qida təhlükəsizliyi, bank sahəsi, regionlararası əlaqələr, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Dövlət başçılarının ötən ilin noyabr ayında Soçidə keçirilmiş ikitərəfli görüşü Azərbaycan-Rusiya strateji tərəfdaşlığının növbəti təzahürü olduğu vurğulanıb.

2022-ci ilin Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu bildirilib.

Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclasının cari ilin aprel-may aylarında Bakıda keçiriləcəyi səsləndirilib.

Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq Azərbaycan-Rusiya ticarət dövriyyəsinin 2021-ci ildə 12%-dən çox artdığı və 3,0 mlrd ABŞ dollarına çatdığı məmnunluqla qeyd edilib.

Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının yola salınması iki ölkə arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirildi. Layihənin Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə, sahibkarlığın stimullaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Ölkələrimiz arasında əməkdaşlığın iqtisadi potensialının reallaşdırılmasında işgüzar missiyaların, eyni zamanda Rusiya İxrac Mərkəzinin Azərbaycan istiqamətində aktiv fəaliyyəti vurğulanıb.

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının işgüzar dairələr arasında əlaqələrin inkişafında və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində rolu yüksək qiymətləndirilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 mlrd. ABŞ dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 6 mlrd. ABŞ dollarından artıq investisiya yatırıldığı qeyd edilib.

Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.

Müxtəlif sənaye layihələri, o cümlədən avtomobil, dərman və tikinti materiallarının istehsalı, dəmir yolları, şərabçılıq, helikopter və avtomobil təmiri və s., uğurlu əməkdaşlığın təzahürü kimi qiymətləndirilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük əhəmiyyəti vurğulanaraq, Rusiyanın kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük istehlakçısı olduğu bildirilib. Diqqətə çatdırılıb ki, 2021-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcmi 6% artıb. Bu baxımdan Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddətinin 2023-cü il yanvarın 1-nə qədər uzadılması yüksək qiymətləndirilib. Bununla yanaşı, Rusiyanın Azərbaycana mineral gübrələrin və yem bitkilərinin əsas tədarükçüsü olduğu və bu sahədə uğurlu əməkdaşlığın mövcudluğu qeyd edilib.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirilib, iki ölkə arasında avtomobil daşımalarının həcminin ötən il 6,6%, tranzit daşımalarının isə 14,3% artdığı xüsusi vurğulanıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanaraq həm Azərbaycan, həm də Rusiya tərəfindən dəhliz çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal işin aparıldığı bildirildi. Nəqliyyat Dəhlizi üzrə vahid operator mexanizminin yaradılması perspektivləri müzakirə edilib.

Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin əməkdaşlığın bütün sahələrində möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrlərinin görüşü keçirilib
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrlərinin görüşü keçirilib
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrlərinin görüşü keçirilib
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrlərinin görüşü keçirilib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çavuşoğlu Ceyhun Bayramova təşəkkür edib

Next Post

ABŞ Azərbaycana mobil aşkarlanma avadanlığı verib – FOTO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
ABŞ Azərbaycana mobil aşkarlanma avadanlığı verib – FOTO

ABŞ Azərbaycana mobil aşkarlanma avadanlığı verib - FOTO

Səfirlik: “Qarabağ”ın təhlükəsizliyi təmin ediləcək

Səfirlik: “Qarabağ”ın təhlükəsizliyi təmin ediləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.