"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Rusiyadan “MegaFon” mobil operatorunun Dağlıq Qarabağdakı fəaliyyətinə son qoymağı tələb edib

27 Noyabr 2018 - 11:35
in İQTİSADİYYAT

 Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovla görüşüb. 

“Report”a daxil olan məlumata görə, nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya sahəsində Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə ediblər.

Ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq, informasiya-kommunikasiya sahəsində təhsil, “ağıllı” şəhər konsepsiyasının inkişafı, mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya tərəfi radiotezlik spektrindən istifadəyə görə ödəniş proseduru, həmçinin Rusiyada 2014-cü ildən rəqəmli bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində universal rabitə xidmətləri istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.

R.Quluzadə ölkəmizin sahə üzrə ikitərəfli əməkdaşlığın inkişafında, eləcə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Rusiyaya məxsus “MegaFon” operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması üçün birgə tədbirlərin təşkil olunmasının vacibliyini qeyd edib.

Rusiya tərəfi qeyd olunan şirkət tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir fəaliyyət həyata keçirilmədiyini qeyd edib və bununla bağlı nazirliyə rəsmi məlumat göndəriləcəyini bildirib.

Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub.

Eyni zamanda, poçt sahəsində regional əməkdaşlığın təşkil olunması və iki ölkə arasında beynəlxalq poçtdaşımalarının mübadiləsində qarşılıqlı güzəştli çatdırma tariflərinin tətbiqi məsələsinin araşdırılması, “Azərpoçt” MMC və “Rusiya Poçtu” arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb.

Görüşün sonunda cari ilin 4-7 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında Rusiya şirkətlərinin iştirakı barədə danışıqlar aparılıb.

Səfər çərçivəsində Rusiyanın nəqliyyat nazirinin müavini Sergey Aristovla təşkil olunmuş görüşdə isə cari ildə Soçi şəhərində imzalanmış “Yol xəritəsi” və “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, eləcə də, Samur körpüsünün tikintisinin cari vəziyyəti ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub.

Hər iki görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq

Next Post

Bakıda PARTLAYIŞ: 2 nəfər xəstəxanaya yerləşdirildi

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Bakıda PARTLAYIŞ: 2 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda PARTLAYIŞ: 2 nəfər xəstəxanaya yerləşdirildi

“ARB 24” televiziya kanalı üçün müddətsiz lisenziya verilib

"ARB 24" televiziya kanalı üçün müddətsiz lisenziya verilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.