Azərbaycan, İran və Mərakeşdə istehsal olunan məhsullar Rusiya bazarında Türkiyə məhsullarını əvəz edəcək.
Qazete.ru” xəbər verir ki, bunu Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.
“Mərakeş istehsalçıları üzərilərinə düşə biləcək həcmə hazır deyildilər, ona görə Yeni il qabağı naringinin qiyməti demək olar ki, iki dəfə qaldırıldı. Vəziyyətdən istifadə olundu”, – deyə o əlavə edib.
Departament rəhbərinin sözlərinə görə, Azərbaycan bir sıra türk əyalətlərinin iqlim şəraitinə yaxın olması səbəbindən pomidor və xiyar tədarükünü təmin edə bildi, İrandan tədarükün isə daha intensiv rejimdə dəniz yolu ilə Mahaçqalaya edilməsi planlaşdırılır.




