"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan səhiyyəsi ilə bağlı YENİLİK

24 Aprel 2024 - 12:42
in SAĞLAMLIQ
#image_title

#image_title

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb.

Bunu da oxuyun

Vitaminlərin səhv qəbul edilməsi bunlara səbəb ola bilər

Ayaq üstə su içəndə nə baş verir? Oturarkən su içməyin nə faydası var?

Yaponiyada pəhriz əlavələri qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı artır

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib.

Vurğulanıb ki, təkmilləşdirməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə yeni layihəyə start verib.

Layihənin icrası məqsədilə hər iki qurumun mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.

Layihənin məqsədi əhaliyə əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsidir.
Belə ki, layihənin icrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbi xidmət almasına imkan yaradacaq. Eyni zamanda layihə ilkin səhiyyə sahəsində maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

Layihə çərçivəsində sözügedən sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq planların hazırlanması nəzərdə tutulub.

Həmçinin ilkin səhiyyə xidmətləri çərçivəsində göstəriləcək tibbi, profilaktik, maarifləndirmə xidmətlərinin çeşidinin, keyfiyyətinin artırılması və bu sahəyə ayrılan maliyyə vəsaitlərinin xidmətlərin çeşidinə uyğun tənzimlənməsi planlaşdırılır. Eyni zamanda səhiyyə sahəsində ilkin səhiyyə xidmətlərinə, o cümlədən profilaktikaya yönəlik strateji satınalma və yeni maliyyələşmə metodlarının tətbiqi, tibb mütəxəssisləri üçün həvəsləndirici maliyyələşmə sisteminin qurulması da layihə çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Qeyd edək ki, ilkin səhiyyə xidməti ilkin tibbi-sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması və əhalinin səhiyyə maarifləndirilməsi üzrə fəaliyyətləri əhatə edir. İlkin səhiyyə xidməti ailə həkimi, sahə həkimi-terapevt, sahə həkimi-pediatr və ehtiyaclara uyğun olaraq bir sıra dar ixtisaslı həkimlər, habelə müvafiq orta tibb heyəti tərəfindən həyata keçirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

KTMT-nin baş katibi: “Ermənistan təşkilatdan çıxsa…”

Next Post

Azərbaycan nefti bahalaşıb

Bənzər yazılar

Vitaminlərin səhv qəbul edilməsi bunlara səbəb ola bilər

Vitaminlərin səhv qəbul edilməsi bunlara səbəb ola bilər

15 Aprel 2024 - 15:45

Vitamin əlavələri qəbul edərkən təhlükəli bir səhv müəyyən edilmişdir Elchi.az The Conversation-a istinadən xəbər verir ki, Təbii qida əlavələrindən sui-istifadə sağlamlıq...

Ayaq üstə su içəndə nə baş verir? Oturarkən su içməyin nə faydası var?

Ayaq üstə su içəndə nə baş verir? Oturarkən su içməyin nə faydası var?

12 Aprel 2024 - 13:00

Su içməyin təkcə nəm saxlamaq üçün deyil, həm də orqanizmin düzgün işləməsini təmin etmək üçün nə qədər vacib olduğunu hamımız...

Yaponiyada pəhriz əlavələri qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı artır

Yaponiyada pəhriz əlavələri qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı artır

27 Mart 2024 - 09:58

Yaponiyada pəhriz əlavələri qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı yüz nəfəri ötüb. Elchi.az xəbər verir ki, bu barədə ‘‘Kyodo‘‘ agentliyi...

Naxçıvanda vərəmə yoluxanların sayı açıqlandı

Naxçıvanda vərəmə yoluxanların sayı açıqlandı

24 Mart 2024 - 17:32

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Elchi.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ağciyər...

Next Post
Azərbaycan ötən il 22 ölkəyə 16 mld. dollarlıq neft ixrac edib

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.