"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan şərabları ABŞ-da – FOTOLAR

12 Fevral 2016 - 10:49
in XƏBƏR LENTİ

Vaşinqtonda Azərbaycan, Türkiyə və Gürcüstan istehsalı olan şərabların təqdimatı və dequstasiyası keçirilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Azərbaycan, Gürcüstan və Türkiyənin ABŞ-dakı səfirliklərinin dəstəyi və ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurasının birgə təşkilatçılığı ilə 10 fevral 2016-cı il tarixində ABŞ-ın tanınmış Corctaun Universitetində hər üç ölkənin istehsalı olan şərab məmulatlarının təqdimatı və dequstasiyası keçirilib.

Tədbirdə ABŞ-ın hökumət rəsmiləri, diplomatik korpus, eləcə də şərabçılıq məmulatları üzrə ekspertlər, distributorlar və mətbuat nümayəndələri iştirak edib.

Tədbirin açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova qonaqları salamlayaraq, bu tədbirin məqsədi barədə məlumat verib.O, çıxışında həmçinin Azərbaycanda şərab istehsalının zəngin tarix və ənənəyə malik olduğunu qeyd edərək, ölkəmizdə istehsal edilən müxtəlif növ şərab məmulatlarının rəqabətin güclü olduğu ABŞ bazarına ixracı ilə bağlı yerli istehsalçıların imkanlarından danışıb.

Daha sonra səfir Elin Süleymanov çıxış edərək, tədbirin vacibliyini vurğulayıb və Azərbaycan, Türkiyə və Gürcüstan arasında yaranmış və get-gedə möhkəmlənən strateji tərəfdaşlıqdan söhbət açıb. O, bu kimi tədbirin ölkələrimiz arasında hər bir sahədə əməkdaşlığın mümkünlüyünün bariz nümunəsi olduğunu söyləyib. Səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə əsas prioritetin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu bildirib. Bu xüsusda, Azərbaycan diplomatı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, o cümlədən ölkəmizdə istehsal olunan şərab məmulatlarının ABŞ-a ixracının təşviqi və bu sahədə iki ölkənin işgüzar dairələri arasında yeni əlaqələrin qurulması baxımından tədbirin xüsusi əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb.

Eyni zamanda, tədbirdə Gürcüstan səfiri Arçil Qeqeşidze, Türkiyə səfirinin müavini Tuqay Tunçer, Amerika-Gürcüstan Biznes Şurasının prezidenti Mamuka Tsereteli və Amerika-Türkiyə Şurasının prezidenti Hovart Qaret Bisley çıxış edərək, hər üç ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən danışmış, eləcə də tədbirin Azərbaycan, Gürcüstan və Türkiyə istehsalı olan şərab məmulatlarının ABŞ istehlakçıları arasında tanıdılması üçün yaxşı imkan olduğunu qeyd edib.

Tədbirdə iştirak edən qonaqlar ölkəmizin istehsalı olan şərablara böyük maraq göstərmiş və onlara layiqincə qiymət verib. Qonaqlara həmçinin Azərbaycanın mədəniyyət və milli adət ənənələrini əks etdirən əyani vəsaitlər nümayiş etdirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“O, Əli Kərimlinin və müxalifətin təsiri altına düşdü”

Next Post

Prezidentin geri qaytardığı qanunun problemi nə idi? – TƏHLİL

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezidentin geri qaytardığı qanunun problemi nə idi? – TƏHLİL

Türk kəşfiyyatından böyük uğur: PKK lideri yaxalandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.