"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil edildi

16 Oktyabr 2014 - 16:41
in FLƏŞ, SİYASƏT

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı bəyanat layihəsi ətrafında müzakirələr aparılıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

2APA-nın məlumatına görə, müzakirələrdə iştirak etmək üçün Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Ukraynanın regional inkişaf, quruculuq, mənzil və bələdiyyə xidmətləri naziri Vyaçeslav Neqoda, Moldovanın xarici işlər və Avropa quruculuğu naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr Şurasının sədri və şəhər merinin müavini Oleksi Reznikov, habelə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Tengiz Şergelaşvili dəvət olunublar. Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri, digər xarici həmkarları ilə birgə sənədin 6-cı paraqrafına əlavə irəli sürüblər və bu əlavə də 68 lehinə, 35 əleyhinə səslə qəbul olundu. Bəyanat layihəsinin 6-cı paraqrafına irəli sürülmüş əlavəyə əsasən, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsinin separatçı hərəkətlərlə üzləşən üzv dövlətlərdə baş verən münaqişələrin sülh yolu ilə həll edilməsi üçün vacib şərt olduğu qeyd olunub.

Amma səsvermədən öncə Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Anar İbrahimov təklif olunan əlavəyə bir dəyişikliyin də edilməsini şifahi şəkildə bildirib və əlavədəki “dövlətlərin” sözü əvəzinə konkret olaraq Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adının salınmasını istəyib. Ermənistan nümayəndə heyəti üzvlərinin etirazlarına baxmayaraq, bu şifahi təklif də böyük əksəriyyətlə qəbul olunub. Sonda bəyanat layihəsi bütövlüklə səsə qoyularaq qəbul edilib. Beləliklə, “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adı altındakı bəyanat layihəsinin daxilindəki 7-cı bəndində separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldova göstərilsə də, bu düzəlişlərlə layihənin 6-cı bəndində bu ölkələrlə yanaşı, Azərbaycanın da adı əlavə olunub.

Qeyd edək ki, əvvəlcədən Konqres bu sənədin müzakirələrinə separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanın təmsilçilərini dəvət etsə də, daha sonra bu müzakirələrə dünən Konqresin sessiyasında çıxış etmiş Azərbaycanın ədliyyə nazirini də dəvət edib və Azərbaycanın da separatçılığa məruz qaldığını qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyəli nazir Bakıda nurçu dövlət çevrilişindən danışdı

Next Post

Bakıda Polislər çaysatan qadını boğazını kəsməyə vadar etdi – (Fotolar)

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Bakıda Polislər çaysatan qadını boğazını kəsməyə vadar etdi - (Fotolar)

Aygün Kazımova arıqlayıb inanılmaz hala düşdü - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.