"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İnformasiya Təhlükəsizliyi mövzusunda tədbir keçirdi

30 Aprel 2015 - 18:19
in CƏMİYYƏT MANŞET

11210308_10204121505537523_1091102407_n-300x175Bugün Bakı Slavyan Universitetində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə“İnformasiya Təhlükəsizliyi: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMUlayihəsini çərçivəsində reallaşıb. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Prezident Adminstrsiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun məsləhətçisi Rahu Qurbanova, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktoru Elçin Mirzəbəyli, Ölkə.az xəbər saytının baş direktoru-Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, AzXeber.com saytının baş direktoru-Əfsələddin Ağalarov, İnterpress.az saytının baş redaktoru Ramal Hüseynov, QHTxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, Salamnews.org və İnterAz-ın koordinatoru Orxan Kərimov, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər və digər QHT və Media nümayəndələri iştirak edirdilər.

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

 

Tədbiri giriş sözü ilə Telejurnalist, layihənin koordinatoru Anar Yusofoğlu açaraq problemin aktuallığından danışdı: “Bilirsiniz, ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyacan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir”

 

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək internet və informasiya təhlükəsizliyinin hər bir dövlət üçün strateji əhəmiyyət kəsb etdiyini dedi: “XXI əsr informasiya əsridir. Bu mənada dinamik şəkildə inkişaf edən internet mediada müəyyən problemlərin olması da birmənalı qarşılanmır. Qeyd olunduğu kimi, ötən il bəzi saytlarda ciddi nöqsanlar aşkar olundu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məsələyə dərhal reaksiya verməsi bu sahədə ciddi dönüş yaratdı. Biz monitorinq apardıq və nəticələr bizi çox qane etdi. Bütövlükdə, hesab edirəm ki, hər bir jurnalist üçün onun dövlətinin milli maraqları birinci olmalıdır.”

 

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev isə çıxışında tələbələrin informasiyanı qəbul edib cəmiyyətə çatdırması üçün ciddi şəkildə savadlanması məsələsinə toxundu: “Əgər biz müasir gənc jurnalistləri peşəkar görmək istəyiriksə o zaman ilk növbədə informasiyanı biliyə çevirməkdən başlamalıyıq. Jurnalist həm peşəkar, həm də vətənpərvər olmağı bacarmalıdır.”

 

Millət vəkili Qənirə Paşayeva isə bu mövzuda davamlı görüşlərin, müzakirələrin, konfransların keçirilməsinin vacibliyini vurğuladı: “Dünyada qəbul olunmuş iki növ sərhəd var. Birincisi, hər birinizin bildiyi quru sərhədləri, digəri isə cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilən virtual sərhədlər. Sizi inandırım ki, virtual sərhədləri qorumaq ən azı quru sərhədləri qorumaq qədər önəmlidir. Biz bunu birgə etməliyik. Əgər gənc yaxşı oxuyursa, deməli yaxşı vətənpərvərdir. Yox, əgər orta oxuyursa deməli orta vətənpərvərdir.”

Sonra Azərbaycan Respublikası Prezident Adminstrsiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun məsləhətçisi Rahu Qurbanova çıxış edərək gənclərin internet mediada, xüsusilə, sosial şəbəkələrdə aktiv olmalarının vacibliyindən danışdı: “Bugün ölkəmiz çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bundan narahat olan bəzi ermənipərəst qüvvələr isə ciddi şəkildə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Bu proses əsasən sosial şəbəkələrdə ciddi şəkildə həyata keçirilir. Lakin hal-hazırda azərbaycanlı gənclər kifayət qədər savadlı şəkildə, faktlarla düşmənə cavab verirlər”

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktoru Elçin Mirzəbəyli isə çıxışında ölkəmizə qarşı ABŞ-da planlı şəkildə hazırlanaraq həyata keçirilən çirkin kampaniyadan danışdı: “Hər bir gənc başa düşməlidir ki, əgər sənin müstəqil dövlətin varsa, deməli sənin dilin, mədəniyyətin, bir sözlə, hər şeyin var. Bu mənada bunları qorumaq və təhlükələrə qarşı adekvat cavab vermək hər birimizin borcudur. Amerikada ermənipərəst qüvvələrin ölkəmizə qarşı hazırladıqları qarayaxma kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq”

 

Ölkə.az xəbər saytının baş direktoru-Məmməd Gülməmmədov çıxış edərək xəbər saytlarının ölkənin milli maraqlarına uyğun fəaliyyət göstərmələrinin vacibliyindən danışdı.

 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, Xeber1.az saytının baş redaktoru Səbuhi Abbasov isə çıxışında layihənin aktuallığından danışdı: “İnternet medianın son 10 ildə sürətli inkişafı, həm də, bir çox problemlərin yaranması deməkdir. İnternet medianın sosial şəbəkələrə inteqrasiyası isə bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparılmasını zəruriləşdirdi. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz GƏNC JURNALİSTLƏRİN İNTERNET

TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsi də məhz bu zərurətdən meydana gəldi. Hal-hazırda Forumunwww.internet-security.club saytı fəaliyyət göstərir. Gənc jurnalistlər sayta daxil olmaqla internet təhlükəsizliyi barədə ciddi informasiyalar əldə edəcəklər. Mən öz növbəmdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürümü bildirirəm. Eyni zamanda, təşkilati dəstəyə görə Bakı Slavyan Universitetinə və “12 may” təşkilatına təşəkkür edirəm. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan çikin kampaniya heç bir effekt verməyəcək. Çünki ölkəmizdə xalq-hakimiyyət həmrəyliyi var”

 

Sonra media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant  İbrahim Rüstəmli çıxış edərək hərbi sirlərin internet mediada qorunmasının vacibliyindən danışdı. AzXeber.om saytının baş direktoru Əfsələddin Ağalarov isə internet mediada sosial şəbəkələrin rolunun artığını vurğuladı. Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər isə internet media resurslarının inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmasının vacibliyindən danışdı.

 

Tədbirin sonunda gənc jurnalistlərin sualları media kapitanları tərəfindən cavablandırıldı.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin ən böyük sirrini açdı: Onun atası diversant olub

Next Post

Pakistan məhkəməsi qərar verdi – Talibanın 10 üzvü ömürlük həbs olundu

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Pakistan məhkəməsi qərar verdi - Talibanın 10 üzvü ömürlük həbs olundu

"Azerfon"un yeməkxanasında uçqun olub - yaralılar var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.