"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan tibb elminin QƏHRƏMANI

24 Dekabr 2015 - 21:10
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan Tibb Universitetinin korifeylərindən biri, ölkəmizdə neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı professor Qəhrəman Qəhrəmanovun 90 illiyinə ithaf olunur

“…Biz həmişə həyat boyu yanırıq və daim yanmaq üçün yaşayırıq”Allahın bizə göndərdiyi sonuncu səmavi kitab – “Quran”da elmə, alimə böyük dəyər verilib. Müqəddəs peyğəmbərimiz Məhəmməd əleyhisəllam bir günlük elm oxumağı altmış ilin ibadətindən üstün saydığını buyurub. “Alim öldü, aləm öldü” deyimi qısalığına baxmayaraq, çox yüksək qiymətdi. Alimin sanbalını bunca gözəl ifadə edən misal söyləmək çətindi.

Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Qəhrəman Qəhrəmanovun şəxsində ümumiləşmiş alim obrazını görməklə yanaşı, bir qədər əvvəl karımıza gələn deyimin haqq yerə yarandığına və işləndiyinə əmin olursan. Qəribədi ki, bu sətirləri yaza-yaza, onun şəkilləriylə sanki danışmağın mümkünlüyünü düşünürəm, bu işıqlı insanın zəkasının nurundan bir damla çöhrəmə sıçrayıbmış kimi, üz-gözümə işıq, təbəssüm qonduğunu duyuram.

Kimiydi Qəhrəman Qəhramanov? Onun zəhməti, rolu, nədən ibarətdi, yeri haradı? Bunun üçün 90 il əvvəl qədim Zəngəzur mahalının Qafan elində dünyaya göz açan bir insanın həyatını vərəqləmək lazımdı. Onda faktlar dil açıb danışacaq. Əgər qısa deməyə ehtiyac yaransa, professor Qəhrəmanov – “Azərbaycan Tibb Universitetinin korifeylərindən biri, ölkəmizdə neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı, həyatda və elmdə böyük şəxsiyyət, yüzlərlə həkimin müəllimi idi” kəlmələrindən konkret nəsə yazmaq olmaz. O, həyat amalını fitrətən biliyə böyük maraq sahibi kimi, elmin ənginliklərinə baş vurub, hər şeyin mahiyyətinə, kökünə çatmaq, həqiqəti ortaya çıxarmaqda görən əsl alim, şəxsiyyət olaraq tanınıb, təsdiqlənib.

Doğulanda ona Qəhrəman adı vermişdilər. Və sanki elm yolunda qəhrəmana çevrilmək vəzifəsi həmin andan onun çiyninə qoyulmuşdu. Səksən illik ömrü daim axtarışlarda, həqiqət, ziyalılıq uğrunda mübarizədə keçirən Qəhrəman müəllimin həyatını bir növ bu adın layiqincə doğrulmasına bənzətmək olar.

Valideynlərini erkən itirən gələcək alim keşməkeşli ömür yolu adlayıb, min bir sınaqlarla dolu bioqrafiyasını şərəflə yazmağı bacarmışdı. Uşaqlığında əzab-əziyyətə dözməli olan Qəhrəmanın qarşısına həyat gənclik illərində o zamankı Azərbaycan Tibb İnstitutunun rektoru Bahadur Eyvazov, görkəmli alimlər – Azərbaycanda anatomiyanın “atası” sayılan professor Kamil Balakişiyev, cərrahlığın ən incə sirlərini tələbələrinə öyrədən Fuad Əfəndiyev, Mustafa Topçubaşov, Zülfüqar Məmmədov, fiziologiyaya dair maraqlı mühazirələri ilə tələbələri valeh edən Abdulla Qarayev, biokimyaçı Əhəd Həsənov kimi xeyirxah insanları çıxardı. Onların sayəsində Qəhrəman elmdə öz yolunu müəyyənləşdirdi. Xüsusilə, Bahadur Eyvazov və Zülfüqar Məmmədovun məsləhəti müstəqil inkişaf mərhələsinə qədəm qoymaqda olan fiziologiya elminə böyük töhfələr verəcək alimin seçiminə təsirsiz ötüşmədi. O çağacan fiziologiya istiqamətində əsasən bioloqların araşdırmalar apardığını nəzərə alan hər iki alim, müəllim yetirmələrini bu yöndə tədqiqatlara meyilləndirməyi bacardılar. Bir zaman yalnız cərrah olmağı düşünən Qəhrəman bundan belə ömrünü fiziologiya elminin inkişafına həsr etməyin daha vacib və faydalılığını kəsdirdi. Və Azərbaycan tibb elmi onun simasında böyük bir alim qazandı.

Professor Qəhramanovun hələ təhsil illərində tələbə elmi cəmiyyəti çərçivəsində maraqla qarşılanan tədqiqatları 1950-ci illərdən öz bəhrəsini verməyə başladı. İnstitutu Stalin təqaüdçüsü və “qırmızı” diplomlu məzun kimi bitirən Qəhrəman aspiranturanı da uğurla tamama yetirdi. 26 may 1958-ci ildə professor Abdulla Qarayevin rəhbərliyi altında “Müxtəlif daxili üzvlər reseptorlarının qıcıqlandırılmasının asetilxolin mübadiləsinin bəzi aspektlərinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Qəhrəmanovun namizədlik dissertasiyasının ümumi qanunauyğunluğu və nəticələri digər müəlliflərin “interoreseptorlar və maddələr mübadiləsi “üzrə apardığı tədqiqatlar üçün başlanğıc rolunu oynadı.

Qəhrəman müəllimin normal fiziologiya kafedrasında sonrakı fəaliyyəti də çox məhsuldar oldu. O, 1959-cu ildə sinirdə impulsun mərkəzi və periferik istiqamətlərdə yayılmasını nümayiş etdirən ən sadə və münasib üsulu təklif etməklə, ilk dəfə olaraq sinir lifləri arasında efpatik ötürməni müəyyənləşdirdi. Bu ixtira fiziologiya fənnini tədris edən təhsil müəssəsisələrində son əlli ildən bəri ən cox istifadə olunan üsllardan biridi.

Həmin ildə o, eksperimentdə böyrək ifrazat funksiyasının öyrənilməsi üçün yeni üsulu ixtira etdi. Bu üsulun ixtirası xroniki eksperimentdə sidiyin dəri səthinə tökülməsinin və axarlara infeksiya düşərək qalxan pielonefrit törətməsinin qarşısını almağa imkan verdi. Təcrübədən kənar vaxtda sidiyin axarlardan sidik kisəsinə tökülməsi mümkün oldu.

Akademik İ.P.Pavlov həzm sistemi fiziologiyasını öyrənmək üsullarına ehtiyac barədə 1894-cü ildə yazırdı: “Yaradılması ən çox arzu edilən üsul eləsidir ki, onun tətbiqi həzm şirəsinin təcrübə əsasında xaricə, təcrübədən kənar vaxtlarda isə bağırsağa axmasına imkan versin. Bunu icad edən şəxs ən böyük mükafata layiqdir”. Dahi fizioloqun tövsiyəsini həyata keçirmək arzusu ilə bir çox alimlər yeni üsullar yaratmağa illər boyu əmək sərf etsələr də, bu çətin problemin həlli Q.Qəhrəmanovun 1960-cı ildə ixtira etdiyi orijinal üsulların tətbiqi sayəsində mümkün oldu. Burda onun məharətli – cərrahlıq bacarığı yerinə düşdü. Qəhrəman müəllimin yaratdığı üsullar mədənin, pankreasın, nazik bağırsağın şirələrini və ödü eksperimentdə bir fistuladan bir neçə şirəni ayrı-ayrılıqda və eyni vaxtda almağı, təcrübə aparılmadıqda isə həzm kanalına qaytarmağı çerçəkləşdirdi.

Bu üsullarin ixtiralar olduğunu o zamankı İxtiralar və Kəşflər Komitəsi müəllif şəhadətnamələri ilə təsdiqlədikdən sonra həzm sistemi üzvlərinin fiziologiyası problemlərindən bir çoxunun həllinə geniş imkanlar açdıqlarına görə keçmiş SSRİ-də (Bakı, Moskva, Lvov) və xaricdə (ABŞ-ın Medison Universitetində) onların tətbiqinə başlanıldı.

Həmin ildə professor Q.Qəhrəmanov beynin fəaliyyətinin mediator mexanizmlərinin neyrofarmakoloji aspektlərinin öyrənilməsi üçün geniş imkanlar açan kimyəvi qıcıqlandırıcıların yeni intrakarotid inyeksiyası üsulunu təklif etdi. Bu üsulun ixtirası eksperimentdə yuxu arteriyasını salamat saxlayaraq baş beyinin qan təcizatını pozmamaq şəraitində müxtəlif maddələrin intrakarotid yeridilməsinə imkan verdi.

Professor Q.Qəhrəmanovun ixtiraları arasında 1977-ci ildə təklif etdiyi, istiqanlı heyvanlarda cərrahi əməliyyat aparmadan summar tüpürcək ifrazını yazmaq, bir il sonra qurbağa ürəyinin venoz cibi, qulaqcıqları və mədəciyinin təqəllüslərini eyni vaxtda ayrı-ayrılıqda yazmağa imkan verən elektron-mexaniki kardioqrafiya və 1979-cu ildə icad etdiyi periferik damara vazokonstriktor və vazodilyatator təsirlərin qrafik yazısını almaq üsulunu geyd etmək yerinə düşər.

1960-1966-ci illərdə Qəhrəman Qəhrəmanov Moskvada SSRİ Elmlər Akademiyasının Normal və Pataloji Fiiziologiya İnstitunda görkəmli fizioloq, dünya şöhrətli alim, akademik Pyotr Kuzmiç Anoxinin rəhbərlik etdiyi “Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası”nda uzunmüddətli elmi ezamiyyətdə oldu. Burada o, ”Baş beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinə dair” adlı doktorluq dissertasiyası üzərində çalışaraq, 10 fevral 1966-cı ildə müvəffəqiyyətlə müdafiə edir.

Müdafiədən bir neçə gün sonra Bakiya qayıdan və həmin vaxtdan etibarən Azərbaycan Tibb İnstitutunda (indiki Tibb Universiteti – S.E.) normal fiziologiya kafedrasında elmi və pedaqoji işlərin yenidən təşkilinə başlayan professor Q.Qəhrəmanov 4-5 ilin ərzində rəhbərlik etdiyi kollektivin fəaliyyət göstəricilərini dünya standartları səviyyəsinə çatdıra bilir. 1966-cı ilin dekabrında keçmiş SSRİ-də və dünyada təbiətşunaslığın ən yeni sahəsi olan neyrofiziologiya və funksional neyrokimya üzrə ilk elmi-tədqiqat laboratoriyasını yaradır.

Gənc alim laboratoriyanın ən müasir avadanlıqla təchizatına və elmi tədqiqatların beynəlxalq standartlar səviyyəsində təşkilinə müvəffəq olur. Bakıda keçirilən fizioloji simpoziumda iştirak edən bir çox məşhur əcnəbi alimlər, o cümlədən Nobel mükafatı laureatları E.Miller (Nyu-York) və Levi (Stokholm), V.Qaşka və A.Kastenşteyn (Almaniya), Ümumdünya Fizioloqlar Assosiasiyasının vitse-prezidenti A.Kovaç və başqaları normal fiziologiya kafedrasında və funksional neyrokimya laboratoriyasında qoyulan eksperimentləri saatlarla müşahidə edir, fikir mübadiləsi aparırlar. Onlar Azərbaycan televiziyasında çıxışlarda öz təəsüratlarını belə bölüşürlər: “Professor Qəhrəmanovun rəhbərlik etdiyi elmi müəssisə müasir avadanlıqlarla təchizatı və aparılan tədqiqatların keyfiyyətinə görə, dünya standartlarına cavab verir və İsveç Krallıq Akademiyasının fiziologiya institutuna bənzəyir”.

Laboratoriya alimin sevimli peşəsi – elm ilə tam məşğul olmağa yetərliydi. Buranın fəaliyyəti zamanı eksperimental yolla yeni anlayışlar alınır və neyrofiziologiya və neyrokimya sahəsində orijinal konsepsiyalar irəli sürülür.
Bir fakt da maraqlıdı ki, istedadlı alim ustadı akademik Mustafa Topçubaşovla birgə Nobel mükafatına namizədlərdən hesab olunub. Amma təəssüf ki, sovet rejiminin əngəlləri həmvətənlərimizi bu yüksək məqamdan kənarda qoyub.

…Əlbəttə, Qəhrəman Qəhrəmanovun fəaliyyəti yalnız sadalanan bu faktlarla bitmir. Hələ neçə-neçə kəşflər bu yazıdan kənarda qaldı. Bir məqamısa qeyd eləməyə ehtiyac var. O, türk dünyası və bütövlükdə Şərqin tarixi və fəlsəfəsi, poeziyasi barədə ensiklopedik biliklərə malik idi və bu biliklərdən mühazirələrdə məharətlə istifadə edirdi. Mühazirələrində fiziologiya və tibbin ən yeni nailiyyətləri, tarix, fəlsəfə, nadir təbiət hadisələri, müxtəlif tipli kəşflərin təkrarsız fizioloji-fəlsəfi interpretasiyası, poeziyanın, ədəbiyyatın, teatrın, bütun dövrlər üçün nadir nümulələrini fizioloji süzgəcdən keçirərək, dumduru bulaq suyu kimi çatdırmağı ustalıqla bacaran alim yorulmadan Nizamidən, Nəsir Xosrov Dəhləvidən, Tusidən, əl-Farabidən, İbn Sinadan, Nəsimidən, Bəhmənyardan, Sabirdən və başqalarından sitat gətirirdi.

Az adam bilir ki, Qəhrəman müəllim özü də şeir yazırdı.

Təbiətin övladı, şah əsəridir insan,
Onu mütaliə etmək, dərk etmək deyil asan.
Odur duyan, düşünən, hər arzunu, əməli,
Təkamüllə gazandı kəlamı və kamalı.
Ariflər gözəl deyib: varlığın əşrəfisən
Canlılar aləmində ən dəyərli incisən.
Öz giymətin bilginən, dünya sənsiz hec nədir,
İnsan gədrin bilməyən vəhşidir, divanədir.

Bu sətirlərin müəllifi eyni zamanda gözəl ailə başçısı idi. Bu ailə bütünlüklə tibb sahəsinin təmsilçilərindən ibarətdi. Hazırda ömrünün ahıl çağlarını yaşayan, mərhum alimin ömür-gün yoldaşı Emiliya xanımdan tutmuş, övladları – Aygün, Aynur və Aydınacan hamısı həkimdi, həyatlarını insanlara şəfa verməyə həsr edən Qəhrəman müəllimin davamçılarıdı.

On il əvvəl dünyasını dəyişmiş Qəhrəman Qəhrəmanovu yüksək qiymətləndirən həmkarları onun xatirəsini əziz tuturlar. Və bu məqamda böyük alimin vaxtilə dediyi sözlər bir daha yada düşür, ardıcıllarına yol göstərir: “…Biz həmişə həyat boyu yanırıq və daim yanmaq üçün yaşayırıq”.
Bu kəlmələr fədakar alim ömrünün tərcümanıdı, şərhsiz-filansız…

Seymur Elsevər
seymur_elsever@yahoo.com




Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mehriban Əliyeva Federasiya prezidenti seçildi

Next Post

Putinə xəbərdarlıq: “NATO rus təyyarələrini vuracaq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Putinə xəbərdarlıq: “NATO rus təyyarələrini vuracaq”

Spirtli içkilərə qoyulan vergilər artırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.