Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirlərinin Ərzurum görüşü təxirə salınıb.
Axar.az xəbər verir ki, noyabrın 28-də Ərzurumda keçirilməli olan görüşün təxirə salınmasına səbəb Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun Nyu Yorka səfəridir.
Əhməd Davudoğlu Tvitter hesabında görüşün dekabrda keçirilə biləcəyini qeyd edib.
Qeyd edək ki, XİN rəhbərləri mövcud əlaqələrin və regional əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək, həmçinin regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcəklər.



