
Elchi.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, tərəflərin görüşü Vyana şəhərində ATƏT Xarici İşlər Nazirlər Şurasının iclasında baş tutub.
Bildirilir ki, nazirlərin görüşü ATƏT-in həmsədrlərinin iştirakı ilə baş tutub. Sonra isə Məmmədyarov və Nalbandyan arasında təkbətək görüş keçirilib.
Nazirlər ölkə prezidentlərinin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilən razılaşmaların reallaşdırılması yollarını müzakirə ediblər.
Həmsədrlərin təklifi ilə Məmmədyarov və Nalbandyan arasında 2018-ci ilin əvvəlində də görüş olacaq.
Görüş zamanı həmsədrlərin regiona səfəri də müzakirə edilib.



