"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan və Gürcüstan XİN rəhbərləri Bakıda görüşüb – YENİLƏNİB-1

27 Aprel 2022 - 15:25
in SİYASƏT

27 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, nazirlər arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu və beynəlxalq hüququn prinsiplərinə əsaslandığını qeyd edib. O, gürcü həmkarının xarici işlər naziri qismində ilk səfərinin, məhz Azərbaycana etməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib. Nazir, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb.

Nazir İliya Darçiaşvili Azərbaycan Respublikasının dövlət başçısı ilə keçirilən görüşə məmnunluqla istinad edib. Nazir, cari ildə 30 illiyini qeyd etdiyimiz əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib. O, nazir Ceyhun Bayramovu Gürcüstana səfər etməyə dəvət edib.

Ölkələrin bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı şəkildə verdiyi birmənalı dəstək xüsusilə vurğulanıb.

Tərəflər, iki ölkə arasında bütün istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında ticarət dövriyyəsində artımın müşahidə olunması sevindirici hal kimi qeyd edilib və bu sahədə hələ də potensialın böyük olduğu və birgə səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyann fəaliyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən minaların təmizlənməsi, bərpa və quruculuq işləri barədə məlumat verib.

Nazir İliya Darçiaşvili Azərbaycanın sülhün əldə edilməsi səylərini alqışladıqlarını və öz növbəsində Gürcüstanın bu prosesi dəstəklədiyini ifadə edib.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi, Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

saat 12:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili arasında təkbətək görüş keçirilib.

Elchi.az xəbər verir ki, daha sonra Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb.

***

11:44

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Bakıda Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İTSDA: Yanvar-fevral ayları üzrə müddətli əlavə və mükafat ödənilib

Next Post

Kreml: Qazın pulunu rublla ödəməyən digər dövlətlərə də tədarük dayandırılacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Kreml: Qazın pulunu rublla ödəməyən digər dövlətlərə də tədarük dayandırılacaq

Kreml: Qazın pulunu rublla ödəməyən digər dövlətlərə də tədarük dayandırılacaq

Tibb işçilərinə ödənilən milyonlar… – Rəsmi məlumat

Tibb işçilərinə ödənilən milyonlar… - Rəsmi məlumat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.