Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.
XİN-nin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, görüşdə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə beşinci üçtərəfli görüş keçiriləcək. Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.



