"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan və İsrail arasında 4 sənəd imzalanıb

19 Aprel 2023 - 16:57
in SİYASƏT

Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclasında 4 sənəd imzalanıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanan sənədlər sırasında ətraf mühitin mühafizəsi ilə bağlı Saziş, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” ASC ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında Anlaşma Memorandumu var.

Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında imzalanan Saziş ölkələr arasında bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir.

İclasında çıxış edən iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı yüksəlir: “Bununla belə, biz ticarət əlaqələrimizi şaxələndirməliyik, çünki Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün hələ də istifadə olunmamış böyük potensial var”.

M.Cabbarov qeyd edib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var və bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır: “Bu kontekstdə, biznes dairələri arasında keçirilən işgüzar tədbirlər dialoqun genişlənməsinə əlavə imkanlar yaradır. Azərbaycan ölkələrimiz arasında müasir texnologiyaların transferi sahəsində əməkdaşlıqda maraqlıdır və aidiyyəti qurumlar arasında tərəfdaşlıq birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verə bilər”.

İqtisadiyyat naziri Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlər barədə də məlumat verib, investorlar üçün yaradılan imkanları diqqətə çatdırıb, İsrail şirkətlərini Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlanmağa, birgə layihələrin həyata keçirilməsinə dəvət edib.

İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen xalqlarımız arasında səmimi dostluq münasibətlərini vurğulayaraq, İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əlaqələrimizi yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd edib. Eli Kohen iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, özəl bölmənin tərəfdaşlığın inkişafı potensialını reallığa çevirdiyini diqqətə çatdırıb.

İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara toxunan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahələrdə İsraillə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

İclasda müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aİ-nin Sudandakı humanitar missiyasının rəhbəri yaralanıb

Next Post

Müəllimlərin nəzərinə – vakansiya seçimi başlayır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Müəllimlərin nəzərinə – vakansiya seçimi başlayır

Müəllimlərin nəzərinə - vakansiya seçimi başlayır

Lavrov Venesuelaya səfərə gedib

Lavrov Venesuelaya səfərə gedib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.