"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan vətəndaşlığı istəyən ermənilərlə bağlı – Müraciət

15 Avqust 2022 - 17:57
in GÜNDƏM

Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az müraciətin mətnini təqdim edir:

Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər. Eyni zamanda rəsmi İrəvan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəmnində günahlandırırlar.

Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.

İmzaladılar:

1.Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin sədri

2. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin sədri

3.Səidə Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliyinin sədri

4. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

5. Sahib Məmmədov – Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri

6. İlqar Hüseynli – “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar” ictimai birliyinin sədri

7. Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

8. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri

9. Günel Səfərova – Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

10. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri

11. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin sədri

12. Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

13. Nüşabə Məmmədova – “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” ictimai birliyinin sədri

14. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” ictimai birliyinin sədri

15. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun prezidenti

16. Mirəli Hüseynov “Demokratiyanı Öyrənmə” ictimai birliyinin sədri

17 Rəsul Cəfərov – “Bakı insan hüquqları klubu” ictimai birliyinin sədri

18. Hafiz Həsənov – “Hüquq və İnkişaf” ictimai birliyinin sədri

19. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

20.. Rəfail Becanov – “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri

21. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

22. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri

23. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi ictimai birliyinin sədri

24. Cəsarət Hüseynzadə – “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri

25. Elçin Salmanov – “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Caliber”: Basqaldan Ermənistana və bütün dünyaya mesajlar – VİDEO

Next Post

İrəvandakı partlayışda Rusiya vətəndaşı da itkin düşüb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
İrəvandakı partlayışda Rusiya vətəndaşı da itkin düşüb

İrəvandakı partlayışda Rusiya vətəndaşı da itkin düşüb

Direktorlar olmaq istəyənlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Direktorlar olmaq istəyənlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.