Nəzirə
“Piri-təbimdən bu gön istər cavanlar tazə söz,
Onlarin zənnincə var təbimdə biəndazə söz”
Əbdülxaliq Cənnəti
Eşqdən könlüm kimi gəlmiş yenə pərvaza söz,
Nazənin dilbər kimi gör kim, çəkimiş nazə söz.
Söz bilən qədrin bilər, söz söylə kim qədrin bilir,
Söz düşər sözsüz dəyərdən söyləsən sözbazə söz.
Şahı şah eylər müsafir, rəsmdir, bir qaydadir,
Söz gəlibdir məclisə çixsin gərək pişvaza söz.
Həm bəşər, həm cümlə aləm “Ol” sözilə var olub,
Yoxdu bir kəs ya nəsə, ta gəlməmiş avazə söz.
Qasida, lütf eyləsin alsın sözü versin qələm,
Pirlərdən öyrənib yazsın cavanlar tazə söz.
SABİRƏ TƏXMİS
Dilbəra, olmazmı ki, eşq içrə hicran olmasın,
Aşiqin mümkün deyilmi bagrı al qan olmasın,
Öylə kafərsən, əsirin bir müsəlman olmasın,
“İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə, ah etmək imkan olmasın”.
Dilbəra, hüsnün görəndən dərgəhində zairəm,
Dəmbədəm ismin nigarım, zikr edəm bir zakirəm,
Hicrdən ah eylədim, ad qoydu xəlqim – şairəm,
“Dərdi-eşqin qəsti-can etmişsə, mən həmşakirəm
İstərəm cismimdə dərd olsun, dəxi can olmasın”.
Rəsmdir kim, gövhərə sərraf olsun müştəri,
Olmuşam aşiq sənə, hüsnün görən gündən bəri,
Bəhs edir aşiqliyindən indi çox-çox sərsəri,
“Qoyma əğyar eyləsin kuyində cövlan ey pəri
Əhrimənlər maliki-mülki-Süleyman olmasın”.
Aşikar oldu var imiş təsiri cadulərin,
Şöləsindən yandı aləm öylə kim, məhrulərin,
Oldu çox səyyad əsiri kəcnigah ahulərin,
“Atəşin ruyində əfitək yatıb geysulərin
Türfə cadudur ki, mar atəşdə suzan olmasın”.
Eşqin ey yar, aşiqi məst eyləyən bir badədir,
Əqli kim tərk eyləmiş, qəm-qüssədən azadədir,
Can ki, var canan üçündür, qaydadır, çox sadədir
Derlər aşiqguş nigarım qətlimə amadədir,
Allah,Allah, bir səbəb qıl kim, peşiman olmasın.
Dilbərim hüsnün görəndən dəhrdə oldum qərib,
Aşiq oldur bilsin çün, yardən qeyri təbib,
Cümlə aşiqlər gələr, qəm çəkmədə olmaz rəqib,
“Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən təbib,
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın”.
Qasidəm, yarim xəyalınla alovlanmada göz,
Sönməz heç rüzgar ilə odlandısa bir mehlə köz,
Neyləyim, hicran qəmin şərh etməyə acizdi söz,
“Sabira ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müşküldü ki səbr ilə asan olmasın”.
Bağlanıb zülfə könüllər, canımızdan keçmişik,
Böylə bir kefrə görə imanımızdan keçmişik.
Var idi həm namımız, həm şanımız ta eşqəcən,
Eşqə çatdəq namı atdıq, şanımızdan keçmişik.
Cismimiz bir tük qədər, göz yaşımız ümman olub,
Yarı tükcən yetmişik, ümmanımızdan keçmışık.
Görmüşük Məcnun ilə Ferhadi düzdə, dağdə,
Yarı görcək bilmişik – öz yanımızdan keçmişik.
Pirimiz Qasid, gətirmiş yardən fərman:
– Oxu! Şahkən şah görüb fərmanımızdan keçmişik.
Könlüm ey yar, sənin hər dəm ki, ünvanındadır,
Eyləməz vəsl xəyalın, kim ki, hicranındadır.
İstəməz bir qeyri qəmxar qəmin paylaşmağa,
Aşiqin qəm çəkmək üçün cövhəri canındadır.
Var nə ki pünhanlər aşkardır ancaq yarim,
Aşikar bildiklərim hər şey ki, pünhanındadır.
Varı yoxdan var edən həm varı yox qılsa nə qəm,
Varı yox, həm yoxda var etmək ki, imkanındadır.
Bağibanın qədri Qasid, bağının barındadır,
Sədinin, var solmayan güllər, “Gülüstan”ındadır.
Yanında
Könlüm ki, olur yarın elə şad yanında,
Mümkün deyil əsls edə fəryad yanında.
Hikmət yaradan xəlqdi, şair, oxu, öyrən,
Söz salma gəl icaddən icad yanında.
Nöqsanını görsən sən əgər, xəlvəti söylə,
Öz dostunu tənqid eləmə yad yanında.
Bil ki, səni bir aynatək əks eyləyər övlad,
Rəftar eləsən sən necə övlad yanında.
Şair deyər ol şəxsə bizim xəlqimiz ey dil,
Zövq əhlinin hərgah eləsə ad yanında.
Qasid deməsin söylə sənətkarə sənətdən,
Bəhs eyləməsin elmdən ustad yanında.
Olar
Bir yol hüsnün görənin məskəni meyxanə olar,
Çarə ey yar, ona mey dolu peymanə olar.
Söylədim, könlümü zülfündə əsir etdiyini,
Güldü ol şux ki, zəncirdə divanə olar.
Hər kim Haqq aşiqidir, eşqi həqiqətdi – bilir,
Eşqdən qeyri nə var aşiqə əfsanə olar.
Qədrbilməzlər üçün yanmaq ey könül nə gərək,
Çəmi məhşur eləyən eşqdə pərvanə olar.
Qasida, rəsmdi ki, aşiqi eşq əhli görər,
Eşqdən bixəbər eşq əhlinə biganə olar.
Ürəyimdən
Aşkar olar axır neçə pünhan ürəyimdən,
Gəncinə çıxar zahirə viran ürəyimdən.
Həsrətdən o da parçalanıbdır Vətənimtək,
Bir ox kimi keçmiş necə hicran ürəyimdən.
Bir tazə qəzəl yaz dedin, ey gül, Vətənimdən,
Verdin xəbər ey sevgili-canan, ürəyimdən.
Köksümdə mənim Azərbaycan döyünür, bil,
Dövr eylər, axar Azərbaycan ürəyimdən.
Şeirin məni heyran elədi, söylədi canan:
– Qasid, o səni, qalma nigaran ürəyimdən.
Güldü
Aləm görüb əhvalımı, canan, mənə güldü,
Güldürmədi vəslin məni, hicran mənə güldü.
Çox dostumu çəkdim yenə dar gündə sınağa,
Saldım yada mən əhd ilə peyman – mənə güldü.
Əl tutmağı insanlara daim peşə bildim,
Rişxənd eləyib meylimə imkan mənə güldü.
Yazdıqca qəzəl xəlqim üçün doğma dilində,
Tənə elədi, xeyli “süxəndan” mənə güldü.
Qasid, yenə dövran ilə gülməklə keçindik,
Güldük necə: Mən dövrana, dövran mənə güldü…
AZƏRBAYCAN! VƏTƏNİM!
İstərəm canı edim mən sənə qurban, Vətənim,
Sənsən aləmdə mənə, candan əziz can Vətənim.
Yarın hicrində yazanlar yenə çoxdur, qınama,
Görməyən hicrini bilməz nədir hicran, Vətənim.
Bir gözəl versə salam, yar baxır tərs mənə,
Amma qısqanmadı birtək sənə canan, Vətənim.
Yarımın zülfünü gördükdə Vətən torpağıtək,
Könlüm olmuş iki dərd ilə pərişan, Vətənim.
Qasidəm, bir gün öləndən sonra, son sözlərimi,
El yazar başdaşıma, AZƏRBAYCAN! VƏTƏNİM!
Vardırmı
Söyləyin, çoxmu axar qanı, bilən vardırmı?!
Qurtarar bəs nə müsəlmanı bilən vardırmı?!
Əsrə hökm etmək üçün bəhsə girənlər çoxalıb,
Hökmü var eyləyən hər anı bilən vardırmı?!
Öz zəkasilə açıbdır Aya, ulduzlara yol
Kəşf edən, bir bilən insanı – bilən vardırmı?!
Bir dövrdür, çoxalıb bimədiyindən danışan,
Çoxdur irfan deyən, irfanı bilən vardırmı?!
Sən də, Qasid, bu qədər əhli-qələmdən birisən,
Yarə çoxdur yazan, ünvanı bilən vardırmı?!