Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fevralın 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır:
“ Hesab edirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir və Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Çünki, bu tərəflər üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.




