"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan “Vaşinqton Tayms”da

05 Fevral 2015 - 09:32
in GÜNDƏM

Səfir və deputatlar ölkəmizin önəmindən danışıblarimg1683707

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Vaşinqton Tayms”ın təşkilatçılığı ilə Vaşinqtonda ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda tədbir keçirilib.

“Vaşinqton Tayms” qəzetinin redaktoru Con Solomonun moderatorluq etdiyi bu tədbirdə müvafiq ardıcıllıqla Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və onun deputat həmkarı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə məruzə ilə çıxış edib. DİP-dən veriən məlumata görə, A.Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, ölkələr arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açıb. O, Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Balkanlar, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün belə Azərbaycan əsgərlərinin Əfqanıstanda Kabul aeroportunu qoruduqlarını bildirib. Azərbaycanın həmçinin Əfqanıstanın dirçəlməsinə yönəlmiş fəaliyyətlərə verdiyi töhfəni qeyd edən millət vəkili Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu da vurğulayıb. A.Mollazadə qeyd edib ki, terrorizmi yalnız güc hesabına məğlub etmək mümkün deyil və bu sahədə maarifləndirmə işlərinin aparılması böyük önəm daşıyır.
Deputat Azərbaycanda müxtəlif dinlərin təmsilçiləri arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını da diqqətə çatdırıb. Bu mənada Azərbaycanın nümunəvi bir model təşkil etdiyini deyib. A.Mollazadə Avrasiya regionunda cərəyan edən hadisələrlə bağlı da öz fikirlərini bölüşüb. Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb, Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, regional nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün aparılan fəaliyyətləri təqdim edib.
Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov isə çıxışında Amerikanın hazırda regionda çox az dosta sahib olduğunu bildirib:   “Biz məhz buna görə istəyirik ki, regiona daha çox diqqət ayrılsın. ABŞ Avrasiyaya münasibətdə dəqiq və uzunmüddətli geosiyasi strategiya müəyyənləşdirməlidir. Əks halda, Vaşinqton regionu itirə bilər. Cənub Qaz Dəhlizi təkcə neft və qaz koridoru deyil, bu həm də azadlıq koridorudur”. (axar.az) Tədbirin sonunda azərbaycanlı natiqlər moderator və iştirakçıların suallarını cavablandırıb.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan Milli Məclisinin ABŞ-da səfərdə olan deputatları Səməd Seyidov və Asim Mollazadə ilə görüşüb. “Azərbaycanın millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ilə görüşməkdən məmnunam. Onlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri ilə bağlı danışıqlarımız çox faydalı oldu”, Ceyms Uorlik twitter hesabında yazıb. Xatırladaq ki, Ceyms Uorlik yaxın zamanda Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyini bildirib.
Onu da qeyd edək ki, ABŞ-Azərbaycan münasibətlərində son günlər istiləşmə müşahidə olunur. Amerika mətbuatının Azərbaycanla bağlı müsbət xarakterli yazıları da intensiv çap olunur. Yaxın günlərdə isə ABŞ-ın yeni səfiri Bakıda fəaliyyətə başlayacaq.
Cavid TURAN
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər Uruqvayı da biabır etməyi bacardılar

Next Post

Müdafiə naziri Ermənistana və xunta rejiminə ultimatum verdi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Müdafiə naziri Ermənistana və xunta rejiminə ultimatum verdi

Maral Tahirqızı həbs olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.