"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan XİN CHP-li millət vəkilinin açıqlamasına münasibət bildirib

03 Fevral 2022 - 17:57
in GÜNDƏM

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun ittihamedici açıqlamasına münasibət bildirib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az-ın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur.

“Azərbaycan və Türkiyənin möhkəm işbirliyi, dostluğu və qardaşlığı əsasında, iki ölkə liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində reallaşan nəhəng və strateji Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

TANAP layihəsinin toplam investisiya məbləği 6.3 milyard ABŞ dollarıdır. Layihənin həyata keçirilməsi zamanı təmin edilən məşğulluq sayı pik vaxtlarda 15.000 nəfərə çatmış və investisiya məbləğinin böyük hissəsi yerli istehsalçılar hesabına təmin edilmişdir. Nəzərə alınmalıdır ki, TANAP layihəsi vasitəsilə Türkiyə sənayesinə və müvafiq sektorlara böyük əlavə dəyər təmin edilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, bu layihədə qəbul olunan tariflər bütün beynəlxalq standartlara tam cavab verir. Türkiyə tərəfi eyni zamanda layihədə BOTAŞ şirkəti vasitəsilə 30% ortaq olduğu üçün eyni miqdarda tranzit gəlirləri də qazanmaqdadır.

Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən təbii qaz idxal etməkdədir. Bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə olduğu və qaz çatışmazlığının artdığı zamanda TANAP layihəsinin mövcudluğu, Türkiyə üçün həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyinin davamlılığını təmin edir.

Türkiyənin ən iri müəssisələrindən olan “Petkim”ə gəldikdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyə Respublikasında olan törəmə şirkəti SOCAR Türkiyə 2008-ci ildə 2 milyard 40 milyon ABŞ dolları investisiya ilə tam açıq və şəffaf tenderin qalibi olmuşdur. Növbəti illərdə “Petkim”ə qoyulan əlavə investisiyaların ümumi məbləği 1.2 milyard dollara çatmışdır.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin çoxmilyardlıq investisiyası əsasında “STAR” Neft emalı zavodunun tikintisi və onun “Petkim” neft-kimya zavodu ilə inteqrasiyası nəticəsində Türkiyə Respublikası ərazisində əlavə 2 milyard ABŞ dolları dəyərində məhsulların istehsalına şərait yaradıb. Belə ki, Türkiyədə əvvəllər həmin məhsulların xaricidən alınmasına 2 milyard ABŞ dolları xərclənirdi.

Azərbaycan və Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq münasibətləri, ölkə rəhbərlərinin birgə səyləri nəticəsində yaradılan bu imkanlar bugünədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulmasına imkan yaratmışdır.

CHP millət vəkilinin Azərbaycan və Türkiyə liderlərinin guya ki, “qarışıq və qaranlıq əlaqələri” kimi təqdim etdiyi tamamilə əsassız ittihamları rədd edirik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə ucalıb, iki xalq arasındakı qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.

Əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, CHP nümayəndəsi anti-Azərbaycan mövqeyindən çıxış edərək, əsassız iddialarla aranı qarışdırmağa çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz.

Azərbaycan tərəfi CHP millət vəkili tərəfindən irəli sürülən əsassız ittihamlara görə üzrxahlıq gözləyir. Əks təqdirdə biz, məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özümüzdə saxlayırıq”, – XİN rəsmisi vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

Next Post

Türkiyə XİN: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Türkiyə XİN: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir

Türkiyə XİN: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir

UEFA: Azərbaycan yüksək liqada komanda sayına görə sonuncudur

UEFA: Azərbaycan yüksək liqada komanda sayına görə sonuncudur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.