"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan XİN-dən Nikol Paşinyana CAVAB

12 Noyabr 2018 - 16:50
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Ümid edirik ki, Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistan Respublikasının xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir”.
Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
O vurğulayıb ki, məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq kimi fundamental hüququndan məhrum edib: “Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi ərazilərin hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.
L.Abdullayeva deyib ki, beynəlxalq forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır: “Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaqdır, hərəkət etməkdir. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır”.
Nazirlikdən bildirilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına “Qarabağ həqiqətləri” adlı kitab təqdim edib. E.Məmmədyarov kitabda “Dünya unutmamalıdır ki, Ermənistan silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq, Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi bərpa etməkdən başqa yolu yoxdur” sözlərini qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO

Next Post

Sabah 5 dərəcə şaxta olacaq: qar, yağış, sel gəlir – XƏBƏRDARLIQ

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Sabah 5 dərəcə şaxta olacaq: qar, yağış, sel gəlir – XƏBƏRDARLIQ

Sabah 5 dərəcə şaxta olacaq: qar, yağış, sel gəlir – XƏBƏRDARLIQ

Azərbaycanda faktiki hava şəraiti açıqlandı

Azərbaycanda faktiki hava şəraiti açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.