"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan yeni gəmi silahları alacaq – Bəkirov

25 İyun 2023 - 11:22
in ÖNƏMLİ

Azərbaycan yeni gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar və sonarlar almaq imkanlarını araşdırır.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib.
Onun sözlərinə görə, bu il iyunun 4-dən 11-dək İtaliyaın Spetsiya şəhərində keçirilən sərgidə bu ölkənin əsas müdafiə sənayesi şirkətlərindən olan Leonardo, Finkantieri, Reinmetal, DRASS və çoxlu sayda digər şirkətlərin hərbi texnologiyaları sərgilənib:
“Sərgi zamanı yeni gəmi, gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar, sonarlar və digər müdafiə texnologiyalarını nəzərdən keçirilərək aidiyyəti üzrə mütəxəssislərə tapşırıqlar verilib.
Tədbir zamanı İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərinin zavod və infrastrukturlarına ziyarətlər təşkil edildi və sözügedən şirkətlərin istehsal etdikləri müdafiə sənayesi məhsullarını yerindəcə incələmək imkanımız oldu. Xüsusilə suüstü dəniz platformalarıyla yanaşı, müşahidə, kəşfiyyat, rabitə üzrə təqdim olunan texnikalar bizim diqqətimizi çəkdi və qeyd olunan texnikalar haqqında daha detallı görüşlərimiz davam edəcək”.
Komandan deyib ki, İtaliyanın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətiylə iyunun 4-dən 11-dək İtaliyanın Spetsiya şəhərində keçirilən “SEAFUTURE – 2023” müdafiə sənayesi sərgisini izləyib və eləcə də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus yeni gəminin inauqurasiya mərasimində iştirak edib:
“İyunun 5-də İtaliyanın Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Enriko Kredendino ilə, tarixi “VESPUÇİ” gəmisində görüş zamanı Azərbaycan və İtaliya arasında cari ilin yanvar ayında imzalanmış Hərbi Əməkdaşlıq Protokolunun müddəalarını müzakirə etdik, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında gələcək perspektiv və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də daxil olmaqla hərbi, hərbi təhsil haqqında fikir mübadiləsi apardıq”.
Onun sözlərinə görə, sərgi bu il 8-ci dəfədir ki, keçirilir və hər dəfə iştirakçı ölkələrin və eləcə də müdafiə sənayesi üzrə tanınmış şirkətlərin siyahısı artmaqda davam edir:
“Sərgi İtaliyaın Spetsiya şəhərində yüksək səviyyədə keçirildi. Müasir müdafiə sənayesi texnologiyalarına sahib olmaq hər bir ölkənin marağında olduğu kimi, bizim də önəm verdiyimiz prioritet məsələlərdəndir.
Qeyd edim ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda, müdafiə sənayesinin gətirdiyi yeni texnologiyaları yerində incələmək və Hərbi Dəniz Qüvvələrində tətbiqi barəsində məlumat əldə etmək üçün görüşlər keçirdik. Sərgidə müdafiə sənayesi texnologiyaları ilə yanaşı, “Mavi iqtisadiyyatın dayanıqlı və güvənliyi üzrə Okeanların mühafizəsi”, “Rəqabət dövründə texnologiya və imkanların inkişafı” mövzuları üzrə kiçik simpoziumlar da təşkil olundu”.
“Qədim dəniz tarixinə sahib ölkə olan İtaliya, eyni zamanda, müasir dəniz texnologiyalarına da sahibdir. Müxtəlif cür gəmi platformaları inşa etməklə yanaşı, suüstü və sualtı müdafiə sistemlərinə və texnologiyalarına sahib qabaqcıl şirkətləri mövcuddur.
İtaliya tərəfinin Hərbi Dəniz Qüvvələri üçün hərbi-texniki əməkdaşlığı yönündəki təkliflərinin ölkəmiz üçün faydalı olacağına inanıram. Hərbi-texniki əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, hərbi təhsildə inkişafa təkan olacaq, qarşılıqlı maraq doğuran bir sıra fəaliyyətlərin icra və inkişafına xidmət edəcək”, – Sübhan Bəkirov vurğulayıb.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Sloveniyanın prezidentini təbrik etdi

Next Post

Vilayət Eyvazov rəisi vəzifədən azad etdi – Yeni təyinat

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Vilayət Eyvazov bu rayona rəis müavini təyin etdi

Vilayət Eyvazov rəisi vəzifədən azad etdi - Yeni təyinat

Bakıda taksi 5 yaşlı qızı vurub öldürdü

Bakıda taksi 5 yaşlı qızı vurub öldürdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.